Bazar ertəsi , May 10 2021
Ana səhifə / İqtisadiyyat / “Xaliq Faiqoğlu”nda işçi haqqı yeyilir… – “Maaşımızı vermirlər…”

“Xaliq Faiqoğlu”nda işçi haqqı yeyilir… – “Maaşımızı vermirlər…”

Sürücünün şikayətilə bağlı “Xaliq-Faiqoğlu” şirkətinin mövqeyini təqdim edirik:

“”Xaliq Faiqoğlu” şirkəti istismarındakı marşrut xətlərinin hamısınbın elektron ödəniş sisteminə qoşulmasını yekunlaşdırmaqdadır. Eyni zamanda 2 gün sonra, yəni 23 aprel tarixindən 119 saylı marşrut xətti də kart sisteminə qoşulacaq və bu barədə dövlət qurumları ictimaiyyəti məlumatlandırıb. Lakin əməkdaşlıq etdiyimiz min nəfər yaxın sürücüdən 3 nəfəri marşrutun kartla ödənişə keçdiyini bilə-bilə avtobusların əvvəlki formada – nağd ödəniş şəklində fəaliyyət göstərməsini istəyir, onlar qabaqcadan əlbir olaraq, 119 saylı müntəzəm marşrut xətti üzrə idarə etdikləri avtobus nəqliyyat vasitəsi ilə gün ərzində yığılan gediş haqqının, gündəlik müəyyən olunmuş hissəsini şirkətin xəzinəsinə ödəməli olduqları halda, etibardan sui istifadə edərək, xeyli müddət ödəməkdən yayınaraq, külli miqdarda pul məbləğini mənimsəyiblər. Hazırda heç bir sürücüyə əmək haqqı borcu mövcud deyil. Sürücülərin etdikləri qanunsuzluqlarla bağlı tərəfimizdən hüquq-mühafizə orqanlarına müraciət edilib”.

Həmçinin oxuyun

Ərzaq məhsullarının dəyəri artıb — RƏSMİ

Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 0,5 faiz …