Çərşənbə , İyul 24 2019
Ana səhifə / İqtisadiyyat / “Xaç atası” kinematoqrafiya tarixinin ən yaxşı filmi seçilib

“Xaç atası” kinematoqrafiya tarixinin ən yaxşı filmi seçilib

“Xaç atası” filmi kinematoqrafiya tarixində ən yaxşı film adına layiq görülüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, reytinq Böyük Britaniyanın nüfuzlu “Empire” jurnalının kinosevərlər arasında apardığı sorğu nəticəsində müəyyənləşdirilib.

Frensis Ford Koppolanın 1972-ci ildə çəkdiyi film məşhur trilogiyanın birinci hissəsidir. Film 1945-1955-ci illər zamanı Nyu Yorkun Siciliya əsilli Korleone mafioz ailəsindən bəhs edir.

İkinci yerə 1980-ci ildə İrvin Kerşnerin çəkdiyi “Ulduz müharibələri. 5-ci epizod – İmperiya cavab zərbəsi endirir” filmi layiq görülüb. Bu lent ötən il reytinqə başçılıq edib. Üçüncü yerə 2008-ci ildə Kristofer Nolan tərəfindən çəkilən “Qara cəngavər” filmi layiq görülüb.

İlk onluğa həmçinin “Şouşenk həbsxanasından qaçış”, “Kriminal qiraət”, “Yaxşı oğlanlar”, “İndiana Cons. İtirilmiş Nuhun gəmisini axtararkən”, “Çənələr” və “Üzüklər hökmdarı.Üzük qardaşlığı” filmləri daxil olub.

Jurnalın sorğusunda 20 min kinosevərlər iştirak edib.

Həmçinin oxuyun

CAHANGİR HACIYEVİN VURDUĞU ZİYAN NEÇƏ MİLYARDDIR? – “Aqrarkredit”dən açıqlama

“Beynəlxalq Bank işi” ilə bağlı uzun müddətdir davam edən məhkəmə prosesində bankın sabiq sədri Cahangir …

Bir cavab yazın