Çərşənbə axşamı , Oktyabr 27 2020
Ana səhifə / İqtisadiyyat / Xəzərdə dəniz turizminin inkişafından nələr gözləmək olar – ŞƏRH

Xəzərdə dəniz turizminin inkişafından nələr gözləmək olar – ŞƏRH

Rusiya və Azərbaycan turizm və nəqliyyat sahəsində ikitərəfli əməkdaşlıq çərçivəsində Xəzərdə dəniz turizminin inkişafı üzrə birgə layihə hazırlayırlar. Bunu Rusiya Federasiyasının Şimali Qafqaz işləri üzrə nazir müavini Olqa Ruhullayeva deyib.

“Həyat” İctimai Birliyinin sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, artıq Xəzərdə dəniz turizminin inkişaf etdirilməsi üçün müəyyən işlərə başlanılıb:

“Azərbaycanda və Rusiyada bir sıra dövlət qurumları müəyyən tədbirlər planını hazırlayırlar. Xəzər hövzəsində turizmin inkişaf etdirilməsi Xəzəryanı dövlətlər arasında miqrasiya proseslərinin intensivləşməsinə, digər tərəfdən maraqlı layihələrin həyata keçirilməsinə rəvac verə bilər. Bu həm də Xəzər gəmiçiliyinin inkişaf etdirilməsi üçün maraqlı təşəbbüsdür”.

Həmçinin oxuyun

Ermənistan işğalı kənd təsərrüfatımıza 20 milyard manatdan çox zərər vurub

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Tətqiqatlar Mərkəzinin hesablamalarına görə, Ermənistanın işğalı nəticəsində Azərbaycanın kənd təsərrüfatına 20 …