Ana səhifə / İqtisadiyyat / Xərçəng xəstəliyi dünya üzrə “cavanlaşır” – səbəblər

Xərçəng xəstəliyi dünya üzrə “cavanlaşır” – səbəblər

Təbii üsullarla müalicəyə üstünlük verən tanınmış həkimdən qiymətli məsləhətlər…

Dünyada olduğu kimi, Azərbaycanda da xərçəng xəstəliyi son illər artmaqla yanaşı həm də gəncləşməyə başlayıb. Dövlət Statistikasının ötən ay yaydığı məlumata görə ölkəmizdə artıq 13 yaşadək uşaqlar arasında da ilk dəfə bədxassəli şişlərlə xəstələnmə diaqnozunun qoyulması halları artıb. 
Təkcə ötən il xərçəng diaqnozu qoyulan 10 183 nəfərin 113-ü 13 yaşadək olan uşaqlar olub. Əgər bundan əvvəl gənclərin arasında bu xəstəliyin dinamikasında artım narahatlıq doğururdusa, uşaqlarda da artıq bu xəstəliyin aşkarlanması həyəcan siqnalı verməkdədir. Ekspertlər bildirirlər ki, xərçəng xəstəliyinin artması və “cavanlaşması” əsasən bölgələrdə daha çox rast gəlinir. Xəstəlik əsasən uşaqlarda tənəffüs yollarında, qadınlarda mədədə və süd vəzilərində, kişilərdə də isə mədə və ağciyərlərdə aşkar edilir.
Bəs görəsən xəstəliyin sürətlə artmasına və “gəncləşməsi”nə səbəb nədir? 
Tanınmış həkim, təbii üsullarla müalicəyə üstünlük verən Seyfəddin Əsəd mövzu ilə bağlı “Yeni Müsavat”a danışdı. Həkim ilk öncə xərçəng xəstəliyinin dünyada artma və “gəncləşmə” səbəblərindən söz açdı: “Keçən əsrin əvvəllərində bu xəstəlik nadir hallarda rastlanırdı və demək olar ki, yox dərəcəsində idi, insanların əksəriyyəti bu barədə heç nə bilmirdi. Təbii ki, dünyada elmi-texniki tərəqqinin inkişafı, şəhərlərin böyüməsi, insanların mərkəzə yığılması onlarda qida dəyişikliyinə gətirib çıxardı. Çünki bütün insanları təbii qida, təmiz su ilə təmin etmək mümkün deyil. Xərçəngin də yaranmasında su, hava və qida çox mühüm rol oynayır. Bundan başqa xəstəliyin artmasına digər səbəblərdən biri insanların özlərinin yaratdığı şəraitdir. Məsələn, insanlar saatlara telefonu qulağına tutub danışırlar. Telefonu əlimizdə saxlayanda şahidi oluruq ki, o necə qızır. Həmçinin valideynlər bütün günü telefonu uşaqlara verirlər. Əvvəllər uşaqları polis və ya həkimlə qorxuzdurub sakitləşdirirdilərsə, indi telefon verirlər, beləliklə uşaq telefonla oynayır və şüalanır. Evlərdə 24 saat Wi-Fi işləyir və insanlar 24 saat şüalanmış olurlar. Qeyd olunan faktlarla yanaşı digər amillər də var, məsələn, rəngli içkilər, içərisinə nə qatıldığı bilinməyən kolbasalar və sairə. Son nəticədə bütün bunlar xərçəng xəstəliyinin artmasına səbəb olur. Mühüm səbəblərdən biri də hərəkətsizlik, immunitetin aşağı olmasıdır”.
Həkim təbii üsullarla xərçəng xəstəliyinin qarşısını almaq haqda bəzi məsləhətlərini də qeyd etdi: “İlk növbədə qidanı, havanı qaydaya salmaq və maksimal dərəcədə sosial şəbəkədən istifadəni məhdudlaşdırmaq, istifadə etmədikdə Wi-Fi-ni keçirtmək lazımdır. Telefonla çox danışmaq beyin xərçənginə gətirib çıxara bilir. Xəstəliyin qarşısını almaq üçün son vaxtlar dünyada, Avropada, o cümlədən Azərbaycanda da zəncəfildən çox istifadə edirlər. Zəncəfil xərçəng xəstəliyinin qarşısını xeyli dərəcədə alır. İmmuniteti qaldıran bitki yağlarından çox istifadə etməli, alkoqoldan, siqaretdən və ən əsası Azərbaycanda çox yayılan bir adətdən – qaynar çaydan uzaq durmaq lazımdır. Bizdə adətən xüsusən kişilər az qala yarışa durub deyirlər ki, ”mən samovardan çayı süzən kimi içdim”. Qaynar çay ağız boşluğunu, qida borusunu, mədəni yandırır və son nəticədə yaranan qıcıqlar xərçəngin yaranmasında mühüm rol oynayır.
Arıçılıqla məşğul olan insanlarda xərçəng xəstəliyi olmur. Çünki onların həmişə fiziki işləri var həm də immunitetləri yüksək olur. Arı zəhəri və arı məhsulları immuniteti gücləndirir. Dünyanın ən uzun ömürlü adamları da arıçılarıdır. Arı südü radiasiyanın qarşısını ala bilir. Çində hər il 2 min ton arı südü istehsal olunur ki, onun 500 tonu Yaponiyaya, 500 tonu Almaniyaya ixrac olunur, yerdə qalan 1000 tonunu isə çinlilər özləri istifadə edir”.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın