Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / VTB Telman İsmayılovun əfsanəvi restoranını satışa çıxardı

VTB Telman İsmayılovun əfsanəvi restoranını satışa çıxardı

Andrey Kostinin VTB qrupu Azərbaycan əsilli keçmiş milyarder Telman İsmayılovun aktivlərinin mülkiyyətçisi olub və məşhur “Praqa” restoranı ilə “Tropikano” biznes mərkəzini satışa çıxarıb.
 
Virtualaz.org bildirir ki, bu barədə “Forbes” öz mənbəsinə istinadən məlumat yayıb.
Mənbə xatırladıb ki, “Praqa” restoranı və “Tropikano” biznes mərkəzi, eləcə də Vostoçnı İzmaylovodakı binalar kompleksi VTB-yə daxil olan Moskva Bankında kredit üzrə girov qoyulmuşdu.
VTB-də “Forbes”ə İsmayılovun aktivlərinin satışını şərh etməkdən imtina ediblər.
Nəşr onu da xatırladıb ki, daha öncə Çerkizov bazarının keçmiş sahibi, milyarder Telman İsmayılovun Moskva Arbitraj Məhkəməsinə müflis olmasına dair ərizə təqdim etdiyi barədə məlumat yayılmışdı.

 

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın