Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Vladimir Putin: ‘Biz hər cür dövlət çevrilişinə qarşıyıq’

Vladimir Putin: ‘Biz hər cür dövlət çevrilişinə qarşıyıq’

“Rusiya Konstitusiyaya zidd istənilən addımın əleyhinədir”.
APA-nın məlumatına görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı deyib.
O, Türkiyədə dövlət çevrilişinə cəhddən sonra Türkiyə prezidentinə zəng edən ilk liderlərdən olduğunu xatırladıb: “Biz hər cür dövlət çevrilişinə qarşıyıq. Sizin rəhbərliyiniz altında Türkiyə xalqının bu vəziyyətdən çıxacağına inanırıq”.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Rusiyanın bu məsələdəki mövqeyinə görə çox məmnun olduğunu bildirib. O qeyd edib ki, Türkiyə xalqı çevrilişə qarşı olduğunu avqustun 7-də keçirilən demokratiya mitinqində bir daha nümayiş etdirib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın