Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / İqtisadiyyat / “Veysəloğlu” Şirkətlər Qrupuna Vergilər Nazirliyi tərəfindən tətbiq edilən maliyyə sanksiyasına münasibət

“Veysəloğlu” Şirkətlər Qrupuna Vergilər Nazirliyi tərəfindən tətbiq edilən maliyyə sanksiyasına münasibət

Ölkə mətbuatında Vergilər Nazirliyinin Veysəlogluşirkətini cərimələməsi ilə bağlı məlumat yer almışdır. Bu məsələ ilə bağlı bidiririk ki, ötən ilin sonunda“Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan bütünşirkətlərdə aksiz nişanı ilə markalanması məcburi olanməhsulların, işçilərin əmək müqavilələrinin və nəğdpulun idarə edilməsinin yoxlanılması üzrə operativvergi yoxlamaları həyata keçirilmişdir. Lakin, yoxlamaaparılan istiqamətlər üzrə şirkətimizin fəaliyyətində kənarlaşmalar aşkar edilməmişdir. Belə ki, şirkətimizin bütün əməkdaşlarının əmək müqavilələri, şirkətlərimizə məxsus anbarlarda bütün məhsullarınmiqdarına, həmçinin aksiz nişanı ilə markalanmasıməcburi olan məhsulların və nəğd pul dövriyyəsinə aid bütün uçot sənədləri qaydasında olmuşdur. Yoxlamazamanı vergi əməkdaşları tərəfindən yaranmış olanbütün sorğu və suallar zamanında cavablandırılaraqmüvafiq sənədlər təqdim olunmuşdur.

Hətta yoxlama zamanı və yoxlamadan sonrakı dövrdəvergi əməkdaşları da bizim vergi uçotuna dairişlərimizin qanunvericiliyə uyğun yüksək səviyyədətəşkil olunması barəsində dəfələrlə müsbət fikirlərsəsləndirmiş və yoxlama apardıqları digər şirkətlərəbizi yaxşı nümunə olaraq göstərmişlər. Bunun əsassəbəbi isə cənab Nazirin 2018-ci ili şəffaflığa doğrukeçid ili kimi elan etməsi çağırışına məsuliyyətləyanaşaraq bu istiqamətdə ciddi işlər görməyimizolmuşdur.

Lakin 2019-cu ilin əvvəlində şirkətimizə qeydolunduğu kimi cərimə yazılmışdır. Şirkətimiz bucəriməni əsassız sayaraq qəbul etməmiş və məhz busəbəbdən dərhal Vergilər Nazirliyinə şikayət məktubuilə müraciət etmişdir. Bu zaman qeyd olunan cəriməninəsassız olduğunu sübut edən bütün vergi uçotsənədlərini də aidiyyatı üzrə təqdim etmişik. Hazırdaetirazımız Vergilər Nazirliyi tərəfindənaraşdırılmaqdadır. Ümid edirik ki, yaxın günlərdəVergilər Nazirliyi bizim haqlı olduğumuzu təsdiqedəcək və ədalətli qərar verəcəkdir.

Məqalədə yer almış olan satışa gedən məhsullarınvergidən yayınma halları ilə bağlı yazılanlar da həqiqəti əks etdirmir. Bu istiqamətdə aparılanyoxlamalar zamanı vergi rəsmilərinin tələb etdiyi bütünlazımi sənədlər tərəfimizdən təqdim edilib və satışagedən məhsulların vergidən yayınma faktlarının aşkaredilmədiyi müəyyən olunmuşdur.  

Bildirmək istəyirik ki, şirkətimiz müvafiq dövlətqurumları tərəfindən şəffaflığa doğru atılan bütünaddımları alqışlayır və tam olaraq dəstəkləyir. Bu gündə şirkətlər qrupumuz bu istiqamətdə öz aktivliyinidavam etdirməkdədir. 

“Veysəloğlu” şirkəti uzun illəri əhatə edən fəaliyyətidönəmində qanunvericiliyə müvafiq olaraq ölkəmizinvergi siyasətini hər zaman dəstəkləyib və bu siyasətiicra edən vergi orqanları ilə qanun çərçivəsindəəməkdaşlıq etmişdir.

Həmçinin oxuyun

Azad olunmuş ərazilərdə yol infrastrukturu bu cür olacaq

İşğal altında olmuş həm respublika, həm də yerli əhəmiyyətli bütün yollar (2661 kilometr) tam təmir …