Çərşənbə , May 22 2024
Ana səhifə / İqtisadiyyat / “Veysəloğlu” büdcəyə 76 milyon vergi ödəyib

“Veysəloğlu” büdcəyə 76 milyon vergi ödəyib

Veysəloğlu Şirkətlər Qrupu 2023-cü ildə dövlət büdcəsinə 76 milyon manat vergi (fiskal) ödəyib. Bu barədə şirkətin illik strategiya və hesabat tədbirində bildirilib.
Bundan əlavə, Veysəloğlu Şirkətlər Qrupu ötən ildə Dövlət Sosial Müdafiə Fonduna 62 milyon manat ödəyib.
Ümumilikdə, Veysəloğlu Şirkətlər Qrupu 2023-cü ildə dövlət büdcəsinə, vergi və sosial müdafiə ödəmələri daxil, cəmi 138 milyon manat ödəyib. Şirkətlər Qrupu ötən il 2643 yeni iş yeri açıb.

Qeyd edək ki, Veysəloğlu Şirkətlər Qrupu “Araz” supermarket və “Oba” marketlər şəbəkəsini, “Veysəloğlu Distribusiya”, “Vesta-Horeka” distribusiya şirkətlərini, “Ulduz” şokolad fabrikini, “Xonça” istehsal fabrikini, “Entree Azərbaycan” və “Rossmann Azərbaycan”ı özündə birləşdirir.

Həmçinin oxuyun

Bankların yüksək faizi: Nə qədər davam edəcək?

Hazırda banklar tərəfindən 7 milyard manatdan artıq istehlak kreditləri verilib. Bu 3 milyondan artıq vətəndaşımızın …