Ana səhifə / İqtisadiyyat / Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi

Vergilər Nazirliyində növbəti kadr dəyişikliyi

Vergilər Nazirliyində növbəti kadr dəyişiklikləri olub.

Azinforum.az Trend-ə istinadən bildirir ki, Zaur Fətizadə Vergilər Nazirliyi yanında Milli gəlirlər departamentinin, Natiq Şirinov Vergi risklərinin təhlili və nəzarəti departamentinin baş direktoru təyin olunub.

Həmçinin Zamin Rzayevə Vergi öhdəliklərinin icrasına nəzarət departamentinin, Zöhrab Ömərova isə Vergi qanunvericiliyinin icrasına nəzarət departamentinin baş direktoru vəzifəsi həvalə olunub.

Bundan başqa, Qüdrət Seyfullayev vergilər nazirinin müşaviri təyin edilib.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …