Cümə , Fevral 3 2023
Ana səhifə / İqtisadiyyat / Vergilər Xidməti və Statistika Komitəsinin məlumatlarındakı ziddiyyət aradan qaldırıldı

Vergilər Xidməti və Statistika Komitəsinin məlumatlarındakı ziddiyyət aradan qaldırıldı

Bu ilin dekabrın 1-nə Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 339 min 553 ədəd artaraq 1 milyon 741 min 468 olub.
Bu barədə məlumatı Dövlət Vergilər Xidməti açıqlayıb.
Məlumat üçün bildirək ki, daha əvvəl açıqlanan rəsmi məlumatlarda ciddi ziddiyyətlər olurdu.
Belə ki, Dövlət Vergilər Xidmətinin bu ilin iyul ayının 1-nə olan məlumatında göstərilirdi ki, Azərbaycanda bağlanmış əmək müqavilələrinin sayı 1 milyon 696,6 min olub.
Statistika Komitəsinin eyni tarixə – 2022-ci il iyul ayının 1-nə olan məlumatında isə göstərilirdi ki, Azərbaycanda muzdla çalışan işçilərin sayı 1 milyon 720 min nəfər olub.
Bildiyimiz kimi, əmək müqavilələrinin sayı müzdlu işçilərin (əmək müqaviləsilə işləyənlər) sayından az ola bilməz.
Qeyd edək ki, Statistika Komitəsinin 2022-ci il noyabr ayının 1-nə olan məlumatında Azərbaycanda muzdla çalışan işçilərin sayının 1 milyon 729,9 min olduğu bildirilir.
Xatırladaq ki, bu barədə 12 sentyabr 2022-ci il tarixində yeniavaz.com saytında “Kim düz deyir: Mikayıl Cabbarov, yoxsa Statistika Komitəsi? – Ziddiyyət” başlıqlı yazı yayımlanıb.

Həmçinin oxuyun

Azərbaycanda kredit faizləri yenidən arta bilər

“Mərkəzi Bankda hesab edirlər ki, depozit gəlirlərində güzəştlərin ləğvindən sonra banklar həmin xərci öz depozit …