Ana səhifə / İqtisadiyyat / Vergidən yayınan “Eurocilima” MMC insanları necə aldadır? — Yüksək pul alırlar, amma “kombi” yenə işləmir…

Vergidən yayınan “Eurocilima” MMC insanları necə aldadır? — Yüksək pul alırlar, amma “kombi” yenə işləmir…

Bakıda “kombi” tipli istilik sistemlərinin təmiri servisini göstərən “Eurocilima” MMC şirkəti dələduzluqla məşğul olur.

Demokra.az xəbər verir ki, sözügedən şirkətlə bağlı son vaxtlar ayrı-ayrı vətəndaşlar tərəfindən şikayətlər edilir.

Əvvəlcə şirkət vətəndaşlara çağırış əsasında əməkdaşlarını göndərərək, evlərdə istilik sistemlərini təmir etdirir, daha sonra isə vətəndaşlara qəbz təqdim etmədən yüksək məbləğdə pul tələb edir.

“Eurocilima” MMC-nin yüksək xidmət haqqı müqabilində göstərdiyi xidmətlərdən narazı qalan bir neçə vətəndaş redaksiyamıza şikayət ünvanlayıb.

Şikayətçilərin sözlərinə görə, “Eurocilima” MMC-nin ustaları 2-3 saatlıq xidmətə görə vətəndaşlardan 100-110 manat vəsait tələb edir. Üstəlik də şirkətin ustalarının evlərdə baxış keçirdiyi kombi avadanlıqları 24 saat keçməmiş yararsız vəziyyətə düşür.

Şirkət əməkdaşlarının “təmir etdikləri” istilik sistemləri bir neçə saatdan sonra sıradan çıxırsa, onlar aldıqları vəsaiti geri qaytarmamaq üçün bunun günahını vətəndaşın üzərinə yıxmağa çalışırlar.

Şikayətçilərin sözlərinə görə, “Eurocilima” MMC-nin qeyri-peşəkar ustaları tərəfindən onlara maddi zərər vurulub.

Vətəndaşlar deyir ki, “Eurocilima” MMC-nin ustalarının göstərdiyi bahalı xidmətin müqabilində onlardan alınan vəsaitin qəbzi belə təqdim edilmir.
Təkcə bu fakt sübut edir ki, “Eurocilima” MMC-nin fəaliyyəti şəffaf deyil və bu şirkət vergidən yayınır.

Vətəndaşlar göstərilən xidmətdən narazı qalmaları barədə “Eurocilima” MMC-nin Fuad adlı təmsilçisinə və şirkətin “*5252” “qaynar xətt”inə bildiriblər.

Şikayətçilər ya onlardan alınan vəsaitin geri qaytarılmasını, yaxud da istilik sisteminin normal təmir edilməsini tələb edirlər.

Eyni zamanda vətəndaşlar “Eurocilima” MMC-nin dələduzluq fəaliyyətinin araşdırılması üçün Daxili İşlər Nazirliyinə və digər müvafiq qurumlara şikayət ünvanlayıblar.

Həmçinin oxuyun

Ərzaq məhsullarının dəyəri artıb — RƏSMİ

Bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə, 0,5 faiz …