Bazar , Oktyabr 20 2019
Ana səhifə / İqtisadiyyat / Vergidən ağlasığmaz cərimə: “Patron” bağlanır? – YÜZLƏRLƏ FERMER MÜFLİS OLMAQ HƏDDİNDƏ

Vergidən ağlasığmaz cərimə: “Patron” bağlanır? – YÜZLƏRLƏ FERMER MÜFLİS OLMAQ HƏDDİNDƏ

Azərbaycanda günəbaxan tumlarının satışı ilə məşğul olan “Patron” şirkəti bağlanmaq təhlükəsi ilə üzləşib.

Bu barədə Gununsesi.org-a məlumatı bir qrup fermer verib. Məlumata görə, qərb bölgəsində günəbaxan tumlarının alışı ilə məşğul olan “Patron” bu dəfə fermerlərdən məhsul ala bilmir. Buna səbəb isə şirkətin Vergilər Nazirliyi tərəfindən külli kiqdarda cərimələnməsidir. Fermerlər bu məbləğin 3 milyon manata yaxın olduğunu deyir.

Ötən il bu vaxtı “Patron” bütün rayonlardakı məhsulları yığmışdı. Amma bu il məhsullar fermerlərin əlində qalıb.

Məsələ ilə bağlı Vergilər Nazirliyinə etdiyimiz zənglər cavabsız qaldı.

Azərbaycanda kənd təsərrüfatının inkişafı hökumətin qarşısında prioritet vəzifə kimi qoyulsa da görünür, Vergilər Nazirliyi buna məhəl qoymaq istəmir.

“Patron”nun cərimələnməsi və bununla alıcılıq qabiliyyətini itirməsi ölkədə yüzlərlə fermerin müflis olması deməkdir.

Həmçinin oxuyun

Azərbaycan iqtisadiyyatının “təhlükəsizlik yastığı”nın gəlirləri çoxalır, model dəyişir – ŞƏRH

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) bu ilin yanvar-iyun aylarında büdcə gəlirləri 10 milyard 698 …