Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Vergi Xidməti texniki xidmətlər üçün bu şirkətə 7,3 milyon manat ödəyəcək

Vergi Xidməti texniki xidmətlər üçün bu şirkətə 7,3 milyon manat ödəyəcək

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Cybernet” MMC olub.
Dövlət Vergi Xidməti server otağında şəbəkə və əməliyyat sistemlərinin, məlumat bazalarının, arxiv sistemlərinin monitorinqi xidmətlərinin, həmçinin texniki dəstək xidmətlərinin göstərilməsi və digər çoxsaylı xidmətlərin satın alınmasına görə “Cybernet” MMC-yə 7 milyon 280 min 688 manat 50 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, nizamnamə kapitalı 10 min manat olan “Cybernet” MMC 2004-cü ildən fəaliyyət göstərir. Hüquqi ünvanı Nərimanov rayonu, İsmayıl Hidayətzadə, ev 11 -da yerləşən MMC-nin qanuni təmsilçisi Əmirov Emil Etibar oğludur.
Onu da qeyd edək ki, “Cybernet” MMC bu günə kimi ancaq İqtisadiyyat Nazirliyinin tender müsabiqələrində qalib olub. Vergi xidməti 2021-ci ildə “Cybernet” MMC-yə bənzər işlər üçün 8 milyon 923 min 821 manat 98 qəpik, 2023-cü ildə 6 milyon 590 min 468 manat 32 qəpik vəsait ödəyib. Yeniavaz.com

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …