Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / “Vergi xəbərçiliyi”nə görə mükafatlar verilə bilər

“Vergi xəbərçiliyi”nə görə mükafatlar verilə bilər

“Azərbaycan vergi qanunvericiliyində vergidən yayınmanın qarşısının alınması ilə bağlı “vergi xəbərçiliyi” nəzərdə tutulub. Amma bununla bağlı mükafatlandırma mexanizmləri yoxdur”.
Bunu mətbuat konfransında Vergilər Nazirliyi Vergi Siyasəti Departamentinin baş direktoru Samirə Musayeva deyib.
S.Musayevanın sözlərinə görə, gələcəkdə bununla bağlı mükafatlandırma tətbiq oluna bilər: “Əgər vergi yayınması ilə bağlı məlumat daxil olarsa, dərhal yerində yoxlamalar aparılır. Amma mükafatlandırılma mexanizmi yoxdur. Bu sahə bizdə yeni olduğu üçün düşünürəm ki, gələcəkdə bu məsələ həllini tapa bilər”.
Qeyd edək ki, vergidən yayınma hallarının qarşısını almaq məqsədilə ictimai məlumatlandırma (“Whistleblow”) mexanizmi beynəlxalq təcrübədə geniş tətbiq olunur. “Whistleblow” (fit verən) pozuntular barədə dövlət qurumlarına və ya ictimaiyyətə məlumat vermə deməkdir. “Whistleblower” isə pozuntu barədə məlumat verən şəxs deməkdir. Bu şəxslər həm də “İnformator” adlanırlar. (Report)

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …