Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Vergi və rüsumlarla YENİ TƏKLİFLƏR

Vergi və rüsumlarla YENİ TƏKLİFLƏR

Azərbaycanın Tikinti Materialları İstehsalçıları Assosiasiyası ölkə daxilində məhsul istehsalı üçün lazım olan xammal idxalını gömrük rüsumlarından azad etməyi təklif edir.
Bunu jurnalistlərə Assosiasiyanın sədri, “Mətanət-A” şirkətinin prezidenti Elxan Bəşirov deyib.
Onun sözlərinə görə, bu, məhsulun maya dəyərini azaltmağa imkan verəcək.
Assosiasiya rəhbəri şirkətlərin nəqliyyat xərcləri ilə bağlı problemi də qeyd edib: “Tikinti materiallarının maya dəyərinin 30 faizə yaxınını nəqliyyat xərcləri təşkil edir. Nəqliyyat xərcləri maya dəyərinin beş faizini təşkil etməlidir”.
E.Bəşirov üçüncü aktual məsələ olaraq, yerin təkindən istifadə vergisini qeyd edib:
“Azərbaycanda müəssisələr təkcə yerin təkindən istifadə üçün icazəyə görə yox, həm də ondan istifadəyə görə ödəniş etməlidir. Buna əlavə olaraq, ölkədə torpaq və mədən vergiləri də mövcuddur”.
E.Bəşirov hesab edir ki, vergi yalnız yerin təkindən istifadə üçün tətbiq olunmalıdır.(Trend)

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …