Cümə axşamı , Sentyabr 28 2023
Ana səhifə / İqtisadiyyat / Vergi üzrə daxilolmalar 22,9 faiz artıb

Vergi üzrə daxilolmalar 22,9 faiz artıb

Cari ilin yanvar-iyul ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 11 milyard 231,2 milyon manat vergi daxil olub.
Bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb. Məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 22,9 faiz və ya 2,1 milyard manat artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 6,2 milyard manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 19 faiz və ya 984,1 milyon manat artıb.
Ödənilən vergilərin 45,1 faizi neft-qaz sektorunun, 54,9 faizi qeyri-neft-qaz sektorunun payına düşüb.

Həmçinin oxuyun

Azərbaycan neftinin qiyməti kəskin qalxdı

Azərbaycanın “Azeri LT CIF” markalı neftinin qiyməti 3.35 dollar bahalaşıb. Mia.az xəbər verir ki, hazırda “Azeri Light”in …