Cümə , Oktyabr 30 2020
Ana səhifə / İqtisadiyyat / Vergi güzəşti üçün 5 təklif İRƏLİ SÜRÜLDÜ

Vergi güzəşti üçün 5 təklif İRƏLİ SÜRÜLDÜ

Hökumət yeni ildən vergi güzəştləri tədbiq etmək istəyir. 

Cebhe.infoxəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərli illərdir çıxış və açıqlamalarında belə bir addımın zəruriliyini qeyd etdiyini bildirib. İqtisadçı vergi güzəştinin tətbiqi üçün 5 təklif irəli sürüb:

 

“Birinci, ölkədə istehsalı olmayan və sosial sahəyə aid edilən (dərmanlar, uşaq yeməkləri, əngəlli insanlar üçün vacib olunan avadanlıq, gündəlik tələbat mallarının istehsalında istifadə olunan xammal) mallara gömrük rüsumu sıfırlanır, ƏDV 18 faizdən 5 faizə endirilir. İkinci, əməkhaqqından tutulan gəlir vergisi 14 faizdən 5 faizə endirilir. Üçüncü, ƏDV ölkə üzrə 18 faizdən 15 faizə endirilir. Dördüncü, sosial sığorta işçi üçün 2 faizə, işəgötürən üçün 10 faizə endirilir. Beşinci, sadələşdirilmiş verginin ƏDV-yə düşməyən illik dövriyyəsi 500 min manata qaldırılır, vergi dərəcəsi isə 4 faizdən 2 faizə salınır”. 

N.Cəfərli qeyd edib ki, irəli sürdüyü 5 təklifə bəzi məmurlar və deputatlar etirazların bildiriblər:

“Hökumət rəsmiləri büdcənin necə dolacağını əsas gətirərək, bu təkliflərin mümkün olmadığını deyirdilər. Sanki büdcə vergi ilə dolur. Gələn il büdcəsinin 50 faizi birbaşa Neft Fondundan gələcək, 15 faizi də neft şirkətlərindən tutulacaq. Bizim təkliflər qəbul olunsa, ilk il vergi toplamada azalma ola bilər, amma sonra iqtisadiyyat leqallaşacaq, “kölgədən” çıxacaq və vergi daxilolmaları ciddi artacaq. İndi hökumət vergi güzəştləri etməyə hazırlaşır, amma yenə hər şey qarışdırılıb”. 

Bəs rəsmi təklif nədir? 

2019-cu il yanvarın 1-dən başlayaraq 7 il müddətində neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirləri 8 000 manatadək olduqda gəlir vergisi verməyəcək, 8 000 manatdan çox olduqda isə 14 faiz vergi ödəməsi nəzərdə tutulub.

Ekspert təklifi izah edərkən bildirib ki, ölkədə muzdla işləyən təqribən 1,6 milyon insan var:

“Bunların da 920 mini dövlət, 680 mini özəl sktorda çalışır. Deməli, güzəşt 680 min nəfərə olacaq, 920 min necə ödəyirdisə, eləcə də qalacaq. Digər tərəfdən, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ), “BP” və SOCAR üçün işləyən, onların işini görən, onlarla subpodratçı şirkətlər var, onlar neft sektorudur, ya yox?! Bu sualın cavabı varmı? Ölkəni zatən neftçilər saxlayır, məmləkətin qazandığı hər 10 dollardan 9-da onların payı var, bəs nədən onlar güzəştlərdən kənar qalmalıdırlar?! Bu, həm insafsızlıq, həm də bərabərlik hüququnun pozulmasıdır. Güzəşt, təşviq o zaman xeyirli-uğurlu olur ki, düşünülmüş şəkildə icra olunur, məsələnin praktik tərəfi önə çıxır”. 

Həmçinin oxuyun

Karantin “Microsoft”un xalis mənfəətini 30% artırmasına yardım edib

“Microsoft” 30 sentyabr tarixində sona çatan 2021-ci maliyyə ilinin ilk rübünün yekunlarını açıqlayıb. Bu üç …