Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Venesuelada Uqo Çavesin heykəli dağıdıldı – VİDEO

Venesuelada Uqo Çavesin heykəli dağıdıldı – VİDEO

Venesuelanın Vilya-del-Rosario şəhərində etirazçılar sabiq prezident Uqo Çavesin heykəlini dağıdıblar.

Bu barədə “Nacional” qəzeti məlumat verib.

Venesuela hökuməti insidentlə əlaqədar hələ ki, şərh verməyib.

Aprelin 4-də Ali Məhkəmə müxalif parlamentin hakimiyyətini xeyli məhdudlaşdıran qərar qəbul edib. Qərar ölkədə kütləvi etirazlara və iğtişaşlara səbəb olub. Yeni etiraz aksiyalarına səbəb Konstitusiya Assambleyasının çağırılması olub. Bunu ölkə prezidenti Nikolas Maduro paytaxt Karakasda keçirilən 1 May nümayişində bəyan edib. Dövlət başçısının imzaladığı fərmana əsasən, yeni yaradılan quruma dövlət quruluşunu dəyişməklə yanaşı qanunvericiliyə dəyişikliklər etmək səlahiyyəti veriləcək. Venesuela müxalifəti Konstitusiya Assambleyasının çağırılmasını dövlət çevrilişi kimi qiymətləndirib

Qeyd edək ki, Venesuelada iğtişaşlar nəticəsində ölənlərin sayı 37-yə çatıb, 1000-ə yaxın insan xəsarət alıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın