Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Venesuelada baş verənlərin neft bazarına təsiri nə qədər davam edəcək – ŞƏRH

Venesuelada baş verənlərin neft bazarına təsiri nə qədər davam edəcək – ŞƏRH

“Venesuelada baş verən hadisələrin neftin qiymətinə qısa, orta və uzunmüddətli dövrdə fərqli təsirləri müşahidə olunacaq. Qısa müddətli dövrdə neftin dünya bazarındakı qiymətində cüzi artımlar olub. “Brent” markalı neftin bir barelinin qiymətində 1 dollaradək artım nəzərə çarpıb”.

Bunu Sputnik Azərbaycan-a dünyada baş verən proseslərin neftin qiymətinə təsirlərini şərh edən iqtisadçı-alim Vüqar Bayramov belə deyib.

“Orta və uzunmüddətli dövrdə ABŞ və digər inkişaf etmiş ölkələrin proqnozları, yaxud da istəkləri reallaşarsa, yəni Venesuelada hakimiyyət dəyişərsə, o zaman neftin dünya bazarındakı revazer qiymətində kəskin enmələr olacaq. Nəticədə “Brent” markalı neftin hər barelinin qiymətində 50 dollaradək azalma olacaq. Neftin revazer qiymətinin aşağı düşməsi Azərbaycan üçün də arzuolunan deyil. Bu amil dövlət gəlirlərinin və ölkəyə daxil olan valyutanın həcminin azaldılmasına səbəb olacaq. Nəticədə, 2019-cu ilə görə Azərbaycan neft satışları üzrə proqnozlaşdırdığı gəlirləri əldə etməkdə çətinliklə üzləşəcək. Çünki büdcədə neftin bir barelinin qiyməti 60 dollar nəzərdə tutulub. Büdcə tərtib olunan zaman da biz bu qiymətlərin riskli olduğunu bildirmişdik” – deyə müsahibimiz vurğulayıb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …