Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Vatikanın xəzinədarı uşaqbazlıqda suçlanır

Vatikanın xəzinədarı uşaqbazlıqda suçlanır

Roma Katolik Kilsəsinin iqtisadi və maliyyə məsələləri üzrə katibliyinin rəhbəri, avstraliyalı kardinal, 76 yaşlı Corc Pell uşaqbazlıqda və yetkinlik yaşına çatmamışlara təcavüzdə suçlanır.

Milli.az bildirir ki, Avstraliyanın Viktoriya əyalətinin polis departamentinin yetkilisi Şeyn Pattonun dediyinə görə, kardinal Corc Pellə bir neçə ittiham irəli sürülüb: “Onun məhkəmə prosesi iyulun 18-də Melburn Magistrat Məhkəməsində başlayacaq”.

Corc Pell Vatikanda Papa 1-ci Fransiskdən sonra üçüncü adam sayılır.

2014-cü ildə kardinal Pellin azyaşlılara təcavüz etməsi ilə bağlı iddialar səslənmiş, qalmaqal qopmuşdu. O, Melburn və Sidney şəhərlərində arxiyepiskop olduğu dönəmlərdə azyaşlılara qarşı əxlaqsız hərəkətlərdə ittiham olunurdu.

C.Pell ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Həmçinin oxuyun

Bu bank üçün “əcəl zəngi” çalınır

“Bank BTB”nin rəhbərliyində dəyişikliklər davam edir. Bu dəfə bankın Müşahidə Şurasının üzvü İkram Hümbətov vəzifəsindən …

Bir cavab yazın