Şənbə , Yanvar 23 2021
Ana səhifə / İqtisadiyyat / Vasif Talıbovdan sərəncam – Naxçıvanda maaşlar artdı

Vasif Talıbovdan sərəncam – Naxçıvanda maaşlar artdı

Sədərək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq əməkhaqları 50 faiz artırıldı

Azinforum.az  Femida.az-a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2017-ci il yanvarın 27-də Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Sədərək rayonunda icbari tibbi sığortanın tətbiqinin təmin olunması, Sədərək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin sosial vəziyyətinin yaxşılaşdırılması və fəaliyyətin stimullaşdırılması məqsədilə Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Sədərək Rayon Mərkəzi Xəstəxanasına publik hüquqi şəxs statusu verilsin.

2. İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar Sədərək Rayon Mərkəzi Xəstəxanasının işçilərinin aylıq əməkhaqları 2018-ci il fevralın 1-dən 50 faiz artırılsın.

3. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan publik hüquqi şəxsin nizamnaməsini təsdiq etsin və Sədərək Rayon Mərkəzi Xəstəxanasında icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı zəruri tədbirləri görərək 2018-ci il iyulun 1-dən publik hüquqi şəxsin fəaliyyətini təmin etsin.

4. Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və Vergilər Nazirliyi bu Sərəncamdan irəli gələn məsələləri həll etsinlər.”

0

Həmçinin oxuyun

Ötən il azərbaycanlılar Türkiyədə 1279 ev alıb

2020-ci ildə Azərbaycan vətəndaşları Türkiyədə 1279 daşınmaz əmlak alıb. Türkiyə Statistika Komitəsi bildirir ki, ötən …