Çərşənbə , İyun 19 2019
Ana səhifə / İqtisadiyyat / Vasif Talıbov bu təşkilatlara vəsait ayırdı – SƏRƏNCAM

Vasif Talıbov bu təşkilatlara vəsait ayırdı – SƏRƏNCAM

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyəti ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda Naxçıvan Muxtar Respublikasının mədəni həyatında və ədəbi-ictimai fikrin formalaşmasında, mədəniyyətin və incəsənətin təbliğində və memarlığın inkişafında mühüm əhəmiyyət kəsb edən yaradıcılıq ittifaqları və birliklərinin fəaliyyətinə dövlət qayğısının daha da artırılması məqsədi ilə NMR-nın  2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan Yazıçılar Birliyinə 25 (iyirmi beş) min manat, Bəstəkarlar Təşkilatına 20 (iyirmi) min manat, Dövlət Film Fonduna 15 (on beş) min manat, Aşıqlar Birliyinə 15 (on beş) min manat və Memarlar Birliyinə 12 (on iki) min manat ayrılıb.

Həmçinin oxuyun

Dövlət qulluqçularının maaşları 50 faiz artırıldı

Azərbaycan Prezidenti İlham Əliyev əhalinin müdafiəsini gücləndirmək məqsədi ilə növbəti sosial paketi təsdiq edib. “Qafqazinfo” …