Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / İqtisadiyyat / Vahid Əhmədovdan hökumətə: “Niyə biz 4 il də gözləməliyik?”

Vahid Əhmədovdan hökumətə: “Niyə biz 4 il də gözləməliyik?”

Deputat Vahid Əhmədov büdcə müzakirələri zamanı çox vacib mövzulara toxunub. O, vəsaitlərin qənaətlə xərclənməsi və nəzarətin təmin olunması üçün Neft Fondundan transfertin miqdarını müəyyən etməyi zəruri sayıb.
Deputat qiymət artımına da diqqət çəkib: “Niyə qiymətlər sürətlə dəyişir? Yağın qiyməti elə dəyişilməz qalıb, heç nə dəyişməyib. Qiymət məsələsində Azərbaycan dövlətinin yol xəritəsi olmalıdır”. V.Əhmədov dedi ki, ƏDV-ni diferansiallaşdırmaq lazımdır: “Elə mallar var ki, ona 30-35 faiz vergi qoysan da, heç bir problem olmaz. Amma elə mallar var ki, 10 faiz vergi qoyulsa, əhali də bahalıqdan əziyyət çəkməz”.
Daha sonra V. Əhmədov təklif etdiyi qanun layihəsinə diqqət çəkdi: “Əgər ölkədə monopoliya yoxdursa, niyə Rəqabət Məcəlləsini qəbul etmirsiniz? İndi baxıram ki, Rəqabət Məcəlləsini 2021-ci ilədək qəbul etmək nəzərdə tutulur. Niyə biz 4 il də gözləməliyik? Mən baxıram ki, Rəqabət Məcəlləsinin qəbuluna nə Prezident Administrasiyası, nə Nazirlər Kabineti, nə də Milli Məclis maraqlı deyil. Çünki bilirlər ki, bu Məcəllə qəbul olunsa, inhisarçılığa mane olacaq”.
“Özü də bu nə siyasətdir? Bankları bağlamaq siyasəti götürüblər. Biz heç vaxt bunun tərəfdarı olmamışıq”-V.Əhmədov əlavə etdi.

Həmçinin oxuyun

TAP enerji mənbələrini nəql etməyə hazırdır

Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Trans-Adriatik boru kəməri (TAP) hidrogen və biometan da …