Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Universitet 5 mərtəbəli laboratoriya binası layihələndirmək istədi

Universitet 5 mərtəbəli laboratoriya binası layihələndirmək istədi

Lənkəran Dövlət Universiteti (LDU) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, müsabiqənin nəticəsi İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 11 fevral 2024-cü il tarixli  N-21-1/2-2420/2024 saylı məktubuna əsasən ləğv olunub.
Bildirilir ki, LDU-nun H.Z.Tağıyev 118 ünvanında yerləşən yataqxana və tədris binasınının həyətində tikiləcək 5 mərtəbəli laboratoriya binasının layihə smeta sənədlərinin hazırlanması üçün keçirilən tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 4.1.2., 38.2. və 57.3.7.-ci maddələri göstərilib.
Məlumat üçün bildirək ki, 14 iyul 2023-cü il tarixində Prezident İlham Əliyev “Dövlət Satınalmaları Haqqında” yeni Qanunu təsdiq edib. 1 yanvar 2024-cü ildən qüvvəyə minən yeni Qanunda 57.3.7.-ci maddə yoxdur. Qeyd olunan digər maddələrdə isə müsabiqənin ləğvindən bəhs olunmur.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …