Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Ukraynanın “Lesnaya pesnya” kurortunda azərbaycanlılar arasında kütləvi zəhərlənmə

Ukraynanın “Lesnaya pesnya” kurortunda azərbaycanlılar arasında kütləvi zəhərlənmə

Ukraynanın Truskavets kurort şəhərinində azərbaycanlılar arasında kütləvi zəhərlənmə olub. Artıq bir neçə gündür ki, dincələnlərin əksəriyyətinin azərbaycanlılar təşkil etdiyi “Lesnaya pesnya” (Lisova Pisnya) sanatoriyasında 15-ə yaxın azərbaycanlı zəhərlənib.

Bu barədə virtualaz.org-a sanatoriyadakı azərbaycanlılar məlumat veriblər. Onların sözlərinə görə, zəhərlənənlərdə qusma, baş və mədə ağrıları, temperaturun yüksəlməsi, halsızlıq müşahidə olunur.

Sanatoriya rəhbərliyindən isə zəhərlənmənin səbəbi ilə bağlı açıqlama verən yoxdur: “Zəhərlənənlərdən biri İntiqam Qocayevdir. Gecə üç dəfə təcili yardım çağırılıb, hər dəfə iynə vurublar. Elə onunla birlikdə dincələn qardaşı da zəhərlənib. Bundan başqa, bir ailənin 4 üzvü zəhərlənib, onların da vəziyyətləri ağırdır. Ümumilikdə, 15-ə yaxın zəhərlənən var. Azərbaycanlıların çoxu da turizm şirkətləri vasitəsilə gələnlərdir. Heç olmasa, bundan sonra bu otelə göndəriş verməsinlər”, – deyə mənbə qeyd edir.

“Axşam temperaturum qalxdı, özümü pis hiss edirdim. Sanatosiyanın həkiminə yaxınlaşdım, düşünürdüm ki, yəqin soyuqdəymədir. Amma həkim dedi ki, zəhərlənmisən. Həm də dedi ki, sən zəhərlənmə ilə bağlı müraciət edən ilk şəxs deyilsən. Mənə iynə vurdular, zəhərlənməyimlə bağlı ərizəyə qol çəkdirdilər. Amma zəhərlənmənin hansı səbəbdən baş verməsilə bağlı heç nə demədilər”, – deyə Elçin Əliyev bildirir.

Sanatoriyada zəhərlənənlərin, demək olar ki, hamısı azərbaycanlılardır. Zəhərlənmənin hansı səbəbdən baş verdiyi bilinmir. Orada istirahət edənlər ümumiyyətlə qidaların köhnə olduğunu bildirirlər. Zəhərlənənlər bunun sudan və ya iki gün öncə verilən balıqdan olmasını ehtimal edirlər.

Həm də bu istirahət mərkəzində ilk belə zəhərlənmə halının olmadığı qeyd olunur. Ötən həftə də eyni hal qeydə alınıb.

 

Həmçinin oxuyun

Dövlət Neft Fondunun aktivləri bir rübdə 2 %-dən çox artıb

Bu ilin aprelin 1-nə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin həcmi 57 milyard 372,8 milyon ABŞ dollar …

Bir cavab yazın