Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Ukraynadan olan 40 hərbçi uşağı Türkiyədə istirahət edəcək – AZƏRBAYCANIN HESABINA

Ukraynadan olan 40 hərbçi uşağı Türkiyədə istirahət edəcək – AZƏRBAYCANIN HESABINA

Ukraynadan olan 40 hərbçi uşağı bu yay Azərbaycanın hesabına Türkiyədə istirahət edəcək.

“Report” xəbər verir ki, bu barədə Ukraynanın Nikolayevsk vilayət administrasiyasının rəhbəri Aleksey Savçenko öz Facebook səhifəsində yazıb.

O bu barədə razılığın yanvarın 28-də Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev ilə keçirilən görüşdə əldə olunduğunu bildirib.

“Yayda anti-terror əməliyyatlarının Nikolayevskdən olan hərbçi iştirakçılarının 40 uşağı Türkiyədə istirahət edə biləcək. Bu barədə biz bu gün Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevlə razılığa gəldik. Bu sevgi və qayğıya görə ona təşəkkürümü bildirirəm”, – deyə qubernator söyləyib.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın