Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ukraynadakı partlayışda yaralananların sayı – 141-ə çatdı

Ukraynadakı partlayışda yaralananların sayı – 141-ə çatdı

“141 nəfər xəstəxanada yatır, onlardan 10 nəfərinin vəziyyəti ağırdır”
 
Avropa.info xəbər verir ki, bu açıqlama ilə Ukrayna DİN-i və Müdafiə Nazirliyi çıxış edib.
Dünən Ukrayna parlamenti qarşısında yaranan iğtişaşda 130 nəfərdə çox adam xəsarət almışdı. Konstitusiyaya dəyişikliyə etiraz edən yüzlərlə radikal polis və Milli Qvardiya üzvləri ilə toqquşmaya getmişdi. Donbasa xüsusi statusun verilməsi haqda qanunun qəbul olunmasından sonra münaqişə davaya çevrilmişdi.
Etirazçılardan biri polis və əsgərlərin üstünə əl qumbarası atınca partlayışda yüzdən çox adam yaralandı. Partlayış bir polisin ayağını qoparıb. Daha bir Milli Qvardiya üzvü kütlədən açılan güllə atəşi ilə ürəyindən vurularaq öldürülüb.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın