Ana səhifə / İqtisadiyyat / Ukraynadakı gənclərdən Azərbaycanın “Eurovision”dakı təmsilçisinə dəstək

Ukraynadakı gənclərdən Azərbaycanın “Eurovision”dakı təmsilçisinə dəstək

Ukrayna Azərbaycanlı Gənclər Birliyi “Eurovision 2017” mahnı müsabiqədə ölkəmizi təmsil edən Diana Hacıyevaya dəstək vermək üçün rəngarəng tədbirlər həyata keçirir. Bu tədbirlər Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə reallaşır.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, D.Hacıyevanı Ukraynaya təşrif buyurduğu ilk gündən böyük coşqu ilə qarşılayan Ukrayna Azərbaycanlı Gənclər Birliyinin fəalları hər iki ölkənin bayraqları ilə bəzədilmiş avtomobillərlə Kiyev şəhərinin mərkəzi küçə və meydanlarından keçməklə, paytaxt sakinlərinin diqqətini ölkəmizə yönəldiblər. Təmsilçimizə dəstək verən azərbaycanlı və ukraynalı gənclər əvvəlcə Kiyev şəhərindəki Heydər Əliyev parkına gələrək, Ulu Öndərin abidəsinin önünə tər çiçəklər qoymaqla, onun xatirəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.

Sonra Azərbaycanın Ukraynadakı səfirliyində Diana Hacıyeva ilə görüş təşkil edilib. Görüş zamanı 2012-ci ildə Bakı şəhərində keçirilmiş möhtəşəm mahnı müsabiqəsi ilə bağlı xoş xatirələrini bölüşən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri İlhamə Allahverdiyeva, ukraynalı rəssam Tatyana Korol və digər gənclər, milli təmsilçimizə mötəbər musiqi yarışmasında qələbə uğurları arzulayıblar.

“Biz bu gün Azərbaycan təmsilçisinə dəstək üçün bir araya gəlmişik. Mən yaxşı xatırlayıram 2012-ci ildə Azərbaycan bu yarışmanı necə yüksək səviyyədə keçirtdi. Həqiqətən də, Bakı şəhərində keçirilən Eurovision mahnı müsabiqəsini möhtəşəmliyinə görə dünyada nümunə etalonu kimi qəbul etmək olar. Mən Azərbaycan təmsilçisinə bu mötəbər musiqi müsabiqəsində qələbə uğurları arzulayıram”. – deyə gənc rəssam Tatyana Korol bildirib.

“Biz Diana Hacıyevaya bu yarışmada dəstək vermək üçün Azərbaycanın Ukraynadakı səfirliyi ilə birlikdə müxtəlif görüşlər və tədbirlər keçiririk. Gördüyünüz kimi azərbaycanlı və ukraynalı gənclər isti nəvazişləri ilə Azərbaycan təmsilçisinə dəstək vermək üçün neçə gündür onun yanındadır. Əminəm ki, Diana füsunkar ifası ilə doğma vətənimizi layiqincə təmsil edəcək. Biz ondan yalnız qələbə sevinci gözləyirik”, – deyə İlhamə Allahverdiyeva bildirib.

Ona göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyevə və Ukrayna Azərbaycanlı Gənclər Birliyini fəallarına minnətdarlığını bildirən Diana Hacıyeva beynəlxalq yarışmada qələbə əldə etmək üçün bütün gücünü səfərbər edəcəyini vurğulayıb.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın