Çərşənbə , Aprel 24 2024
Ana səhifə / İqtisadiyyat / Ukraynada yeganə azərbaycanlı nazir işdən çıxarılır

Ukraynada yeganə azərbaycanlı nazir işdən çıxarılır

Ukraynada yeganə azərbaycanlı nazirin işdən çıxarılması tələb olunur.

Moderator.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Lütrasiya (yəni dövlət qulluğuna yararlı olmayan kadrlar-red.) üzrə İşçi qrupu Nazirlər Kabinetinə Ukrayna Dövlət Fiksal xidmətin rəhbəri milliytəcə azərbaycanlı olan Roman Nəsirovun işdən çıxarılması təklifi ilə çıxış edib.

İşçi qrup hesab edir ki, Nəsirov “Lüstrasiya haqqında” qanunun tələblərini icra etmədiyinə görə onun vəzifədən kənarlaşdırılmalıdır. Belə ki, Ukrayna Ədliyyə nazirliyinin lüstrasiya məsələləri üzrə departamentin direktoru Tatyana Kozaçenko deyib ki, Nəsirov yüksək post tutmağa layiq olmayan 344 nəfərin yarıdan çoxunu işdən azad etməli idi. “Nəsirov ancaq bunlardan 76-nı işdən azad edib. Əgər Nəsirov qanun tələblərinə riayət etməyəcəksə, o zaman tutduğu vəzifədən azad oluna bilər”, – Kozaçenko əlavə edib.

Həmçinin oxuyun

Neftdən büdcəyə daxilolmalar proqnozdan 217 mln. manat çoxdur

Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 4562,6 milyon manat təşkil edib. Azinforum.az bu barədə Maliyyə …

Bir cavab yazın