Şənbə , Fevral 23 2019
Ana səhifə / İqtisadiyyat / Ukrayna şirkəti Azərbaycanda araq istehsalına başlayır

Ukrayna şirkəti Azərbaycanda araq istehsalına başlayır

Ukraynanın “Global Spirits” spirtli içki holdinqi (“Xortitsa”, “Shustoff”, “Moroşa” brendləri) öz məhsullarını Azərbaycanda da istehsal edəcək.

“Report” xəbər verir ki, bunu holdinqin sahibi Yevgeni Çernyak deyib.

“Biz, məncə, avqustun 10-dan etibarən Azərbaycanda istehsala başlayırıq”, – deyə o bildirib.

Onun sözlərinə görə, “şirkət xarici bazarlarda inkişaf etmək qərarına gəlib. Çünki bu bazarlar daha sabit, marja daha yüksəkdir və biznes üçün oyun qaydaları daha ədalətlidir”.

Həmçinin oxuyun

İqtisadi artım tempi dayanıqlı olmalıdır – TƏHLİL

Ölkə iqtisadiyyatı yanvar ayında yaxşı start götürüb. Belə ki, təxminən 3% artım əldə olunub. Başqa …