Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / İqtisadiyyat / Ukrayna müharibəsi Azərbaycanı taxıl sınağı ilə üz-üzə qoya bilər

Ukrayna müharibəsi Azərbaycanı taxıl sınağı ilə üz-üzə qoya bilər

“Rusiyanın Ukraynaya təcavüzü, işğal cəhdi, günahsız insanları bombalaması, kənd və şəhərləri viran qoymaq cəhdi dünya taxıl bazarına ciddi təsir edib və edəcək. Deməli, bu sahədə də qiymətlər artacaq”. 
Bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Həmsöhbətimizin fikrincə, Rusiyanın təcavüzü bu sahədə qiymətləri bahalaşdıracaq: 
“Dünyada son bir ildə dənli bitkilərin qiyməti ortalama 27% artıb. Rusiyanın təcavüzü qiymətləri daha da artıracaq, nəzərə alsaq ki, Ukrayna, ən azı, yaz əkinini tam həcmdə yerinə yetirə bilməyəcək. Bu da fiziki olaraq buğda istehsalının azalması ilə nəticələnəcək. 
2021-ci ildə Ukrayna 44,8 mln. ton dənli bitkilər istehsal etmişdi, ixracı 24,4 mln. ton idi, bu sahədən gəliri 6 mlrd. dollara yaxın olub. İxrac edilən dənli bitkilərin 14,8 mln. tonu un və çörək istehsalı üçün yararlı olan buğdadır. 
2021-ci ildə Rusiya buğda ixracını 14,4% azaldıb – toplam 32,92 mln. ton təşkil edib. Rusiyada 2021-də həm istehsal azalıb, həm də Rusiya daxili bazarı qorumaq, ərzaq buğdası tədarükünü artırmaq üçün ixaracla bağlı müəyyən məhdudiyyətlər qoyub, ixrac rüsumunu 2 dəfə artırıb”. 
Ekspert düşünür ki, belə vəziyyətdə Azərbaycanda buğdanın qiymətinin yenidən qalxmaması üçün ağıllı qərarlar verilməli, koordinə edilmiş addımlar atılmalıdır: 
“Azərbaycanın idxal əmtəəlik buğdaya illik ehtiyacı 1,5 mln. ton civarındadır. Bu həcmin yarısına yaxınını Rusiyadan alırıq. Deməli, Rusiyadan gələn buğdanın qiyməti yenə artacaq ki, bu da ölkəmizdə unun, un məmulatlarının və çörəyin qiymətinin yüksəlməsi ilə nəticələnəcək”.

Həmçinin oxuyun

Kənddən şəhərə axın niyə dayanmır? – TƏHLİL

Ölkə iqtisadiyyatının bölgələr üzrə balanslı inkişafı əhalinin sosial rifahının normal təmini üçün əsas şərtdir. Keçən …