Ana səhifə / İqtisadiyyat / Ukrayna böhranı qlobal enerji axınlarını yenidən formalaşdırır – TƏHLİL

Ukrayna böhranı qlobal enerji axınlarını yenidən formalaşdırır – TƏHLİL

Analitiklərin fikrincə, Ukrayna böhranı davam etdikcə Qərb Rusiya enerjisindən asılılığını yenidən nəzərdən keçirir.

Rusiya düşünürdü ki,, Avropanın Moskvadan enerji asılılığı Rusiyanın Ukraynaya hücumuna müdaxilə etməsinə mane olacaq.

Hələ fevralın 22-də, işğaldan iki gün əvvəl Almaniya Rusiya qazının Almaniyaya axınını ikiqat artırmaq üçün nəzərdə tutulan 11 milyard dollarlıq “Şimal axını 2” Baltik dənizi qaz kəməri layihəsini dayandırdı.

İri neft şirkətləri Rusiya bazarını tərk edəcəklərini bəyan edibl. BP fevralın 27-də, Exxon martın 1-də, Shell isə martın 8-də geri çəkilib.

CNN-in məlumatına görə, Rusiya ilə enerji ticarətinin məhdudlaşdırılması ABŞ və Avropada populyarlaşdıqca, Moskva neft və qazını Çin və Hindistan kimi alternativ bazarlara daşımaqda çətinliklərlə üzləşəcək.

Təhlilçilər Amerikanın Səsinə bildiriblər ki, Avropa İttifaqının bərpa olunan enerjiyə keçidi qısa müddətdə Rusiyanın Avropa enerjisinə təsirini kompensasiya etməkdə davam edəcək və ABŞ yerli istehsalçılardan tədarükü artıracaq və bəlkə də daha az dost olan xarici mənbələrdən təchizatı genişləndirəcək.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Rusiya ABŞ və Səudiyyə Ərəbistanından sonra dünyanın üçüncü ən böyük neft istehsalçısıdır və onun qazı və nefti 27 üzvlü Aİ-nin idxalının müvafiq olaraq 40% və 25%-ni təşkil edir.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa təmiz enerji texnologiyasının təşviqini sürətləndirməli və Rusiya nefti, kömür və qazından asılılığını azaltmalıdır.

O, martın 8-də Avropa Komissiyası Aİ-nin Rusiya təbii qazından asılılığına son qoymaq üçün yol xəritəsi olan REPowerEU layihəsini təqdim edərkən, “biz sadəcə olaraq bizi açıq şəkildə təhdid edən təchizatçıya etibar edə bilmərik” deyib.

Plan həm də bərpa olunan enerji üçün əsas rola malikdir. Bununla belə, ekspertlər qeyd edir ki, bərpa olunan enerji infrastrukturunun qurulması vaxt aparacaq.

İtaliya və Almaniya kimi Avropa ölkələri də qazıntı yanacaqlarından külək, günəş və digər təmiz enerjiyə keçid üçün idxal olunan təbii qaza çox etibar edirlər.

Harvard Universitetinin Ətraf Mühit və Təbii Sərvətlər Proqramının direktoru Henri Li Amerikanın Səsinə deyib ki, Rusiya qazından asılılığın azaldılması Aİ-nin uzunmüddətli məqsədlərinə uyğun olsa da, qısa müddətdə Avropadakı insanlar çətinlik çəkəcək.

“Avropa Rusiya qazını kəssə və mayeləşdirilmiş təbii qaz stansiyalarını 100%-ə yaxın tutumla işlətsə,… onlar gələn qışda yenə də 15-20% diapazonunda qıtlıqla üzləşəcəklər. Ehtiyatda olan təbii qaın istehlakı 15% azalıb. Daha uzun müddətdə, üç ildən beş ilə qədər, əvəzetmə variantları daha çox olacaq” – deyə, o bildirib.

Vaşinqtonda yerləşən Vilson Mərkəzinin Qlobal Avropa Proqramının müvəqqəti direktoru Dunkan Vud Aİ karbonun azaldılması planını irəli sürdükcə Rusiyanın siyasi təsirinin əhəmiyyətli dərəcədə azalacağını deyib.

“Uzunmüddətli perspektivdə enerji keçidi Rusiyanın Avropa enerjisi üzərində malik olduğu gücü tamamilə yox edəcək və Putin bunu ağrı ilə dərk edir. “Şimal axını 2” həmişə Rusiyanın Avropa üzərindəki enerji gücünün zirvəsi olacaqdı, lakin Putin Ukraynadakı hərəkətləri ilə bu gücün azalmasıbı sürətləndirdi” – deyə, Vud Amerikanın Səsinə bildirib.

Digər tərəfdən ABŞ Rusiyadan neft idxalının təxminən 3%-dən asılıdır və təbii qazından heç bir asılılığı yoxdur.

Avropa enerji təchizatında Rusiyaya çox güvənsə də, Rusiya öz növbəsində hökumətin gəlirlərinin beşdə ikisindən çoxunu təşkil edən qalıq yanacaq ixracından asılıdır. Qərb tərəfindən tərk edilmək Rusiyanı yeni tərəfdaşlar axtarmağa məcbur edəcək və Çin də bir ehtimaldır.

Ukrayna böhranından əvvəl Çin neft, qaz və kömür üçün Rusiyanın ən böyük ixrac bazarlarından biri idi.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Çin Rusiya neftinin 20%-ni, EIA-ya görə isə Rusiyanın kömür hasilatının 25%-ni mənimsəyib.

Əl-Cəzirənin məlumatına görə, 2021-ci ildə Rusiya Çinə 16,5 milyard kubmetr qaz ixrac edib və iki ölkə fevralın əvvəlində təqribən 117,5 milyard dollar dəyərində neft və qaz sazişləri imzalayıb.

Amerikaninsesi.org

Həmçinin oxuyun

Rusiyanın Avropa qaz bazarındakı yeri uğrunda mübarizə güclənir

Mümkün variantlardan biri də İran qazının Azərbaycan üzərindən qoca qitəyə çatdırılmasıdır Avropa Ukraynaya hücümuna görə …