Şənbə , Noyabr 28 2020
Ana səhifə / İqtisadiyyat / ÜDM 80 milyard manata çatdı – RƏSMİ

ÜDM 80 milyard manata çatdı – RƏSMİ

2018-ci ildə Azərbaycanda istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2017-ci illə müqayisədə 1,4% artaraq 79 milyard 797 milyon manata çatıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5% artaraq 8 126,2 manat və yaxud 4 780,1 ABŞ dolları təşkil edib.

Hesabat dövründə iqtisadiyyatın qeyri-neft sektorunda istehsal olunmuş əlavə dəyər 1,8%, neft sektorunda isə 0,6% artıb.

ÜDM-in 44,2%-i sənayedə, 9,6%-i ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrində, 8,0%-i tikintidə, 6,3%-i nəqliyyat və anbar təsərrüfatı, 5,3%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,2%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6%-i informasiya və rabitə sahələrində, 15%-i digər sahələrdə formalaşıb, məhsula və idxala xalis vergilər ÜDM-in 7,8%-ni təşkil edib.

2018-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 17238,2 milyon manat və ya əvvəlki illə müqayisədə 4,4 faiz az vəsait yönəldilib.

Sərf edilmiş vəsaitin 68,0 faizini bilavasitə tikinti-quraşdırma işlərinin dəyəri təşkil edib və bu azalma neft sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmi isə 22,0 faiz, o cümlədən qeyri-neft sənayesinə qoyulmuş investisiyalar 23,0 faiz artıb. Ümumi sərmayənin 67,6 faizi məhsul istehsalı sahələrinin, 24,8 faizi xidmət sahələrinin, 7,6 faizi isə ümumi sahəsi 2084,7 min kvadrat metr olan yaşayış evlərinin tikintisinin payına düşüb. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsait ümumi sərmayənin 69,7 faizini təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayənin ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 52,7 faiz, bank kreditləri 11,0 faiz, büdcə vəsaitləri 25,8 faiz, əhalinin şəxsi vəsaitləri 8,2 faiz, büdcədənkənar fondların vəsaitləri 1,6 faiz, sair vəsaitlər isə 0,7 faiz təşkil edib.

Həmçinin oxuyun

Nöqsanlara yol vermiş sahibkarlar cəzalandırıldı

İqtisadiyyat Nazirliyi sahibkarlıq subyektlərində (ictimai iaşə və turizm obyektləri istisna olmaqla) pandemiya şəraitinin zəruri qayda …