Ana səhifə / İqtisadiyyat / Üç ölkənin liderləri türkmən qazının ixracını müzakirə edəcəklər

Üç ölkənin liderləri türkmən qazının ixracını müzakirə edəcəklər

“Türkiyə, Azərbaycan və Türkmənistan Prezidentləri üç ölkənin energetika nazirlərinin görüşündən sonra yeni sammit keçirəcək və türkmən qazının Avropaya ixracı ilə bağlı yol xəritəsini qərarlaşdıracaqlar”.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində yerləşən Mardin şəhərinin gəncləri ilə görüşündə bildirib.

Onun sözlərinə görə, Türkmənistan qazının Avropaya nəqli məsələsi ötən həftə Türkmənbaşı şəhərində keçirilən Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə müzakirə olunub.

“Biz üç ölkə tərəfindən belə bir addımın atılmasının mümkünlüyünü müzakirə etdik. Dedik ki: “Niyə də olmasın?”. Və müvafiq göstərişlər verdik. Türkiyənin energetika nazirinə onun komandası ilə birlikdə Azərbaycan və Türkmənistandan olan həmkarları ilə ilkin işlərin aparılması tapşırılıb. Bu işlərdən sonra biz üç dövlətin lideri olaraq yeni görüş keçirəcəyik və ümid edirəm ki, yol xəritəsinin nədən ibarət olacağına qərar verəcəyik. Təbii qazın Türkmənistandan, xüsusən də Azərbaycan vasitəsilə ölkəmizə çatdırılması səylərimizi asanlaşdıracaq”.

O qeyd edib ki, enerji mərkəzinin yaradılması mövzusu uzun müddətdir ki, Türkiyənin gündəmində olub:

“Biz bu məsələni hörmətli Rusiya Prezidenti Vladimir Putinlə dəfələrlə müzakirə etmişik. O, Türkiyəni Avropaya təbii qaz tədarük edə biləcəyi bir mərkəz kimi qəbul edib. Həm də qazın nəinki təchizatı, həm də qiymətini müəyyənləşdirə biləcəyik. Biz bununla razılaşdıq”. Report

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …