Ana səhifə / İqtisadiyyat / Turqut Özal haqqında bilmədiyimiz həqiqətlər – FOTOLAR

Turqut Özal haqqında bilmədiyimiz həqiqətlər – FOTOLAR

Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümünün üstündən illər keçməsinə baxmayaraq hələ də haqqında müxtəlif məlumatlar yayılır. Hakimiyyət dövründə apardığı fərqliliklərlə yanaşı hələ də dəqiq açıqlanmayan ölüm səbəbi olan Turqut Özalın kim olduğunu birlikdə öyrənək.
Türkiyə Cümhuriyyətinin haqqında ən çox danışılan prezidentləri arasında başda gələn Turqut Özal bəzilərinin heyranlıqla bəhs etdiyi, bəzilərinin isə haqqında o qədər də xoş danışmadığı bir addır. Xüsusilə prezidentliyi dövründə idarəetmə forması ilə bağlı fərqli metodlar istifadə etməsi ilə yaddaşlara həkk olunmuşdu. İdarəetmə tərzinin tam mənada Türkiyəni ikiyə böldüyü uzun müddət mübahisə mövzusuna çevrilmişdi. Özalın kimə və nəyə xidmət etdiyi, hakimiyyətə kimlərinsə tərəfindən gətirilib-gətirilmədiyi də bəziləri üçün ağıllarda sual işarəsi olaraq qalmışdı. Digər tərəfdən prezidentliyi dövründə ölkə mənfəətlərini düşünərək xarici miqrantlara qarşı yurdunu müdafiə edən bir şəxsiyyət olaraq da dəyərləndirilmişdi.
Turgut Özal’ın Hayatı
“Mübahisəli bir şəxsiyyət olan Turqut Özal kimdir?” sualının cavabları üzərində daha ətraflı danışaq.
Mardində doğulmuş Turqut Özal məmur ailəsinin övladı olub. Həyatının ilk illərində ayrı-ayrı yerlərdə təhsil alıb. Yoxsulluğun nə demək olduğunu yaxşı bilən Özal təqaüdlü olaraq girdiyi İstanbul Universitetində elektrik mühəndisliyi fakültəsini bitirib. Məzun olduqdan sonra həm dövlət, həm də özəl təşkilatlarda işləyib, 1980-ci il zərbəsindən sonra baş nazir müavini vəzifəsinə yüksəlib. 1983-cü ildə Ana Vətən Partiyasını quran Özal böyük bir səs çoxluğu ilə əvvəlcə baş nazir, sonra da prezident olub. Hakimiyyətdə olduğu dövrdə fəaliyyəti və rəngli şəxsiyyəti ilə diqqətləri üzərinə çəkən Özal 17 aprel 1993-cü ildə səbəbi hələ də dəqiq açıqlanmayan səbəbdən həyatla vidalaşıb.
“Turqut Özal kimdir?” sualına bu şəkildə cavab verdiyimizə görə, indi məşhur adın ətraflı həyat hekayəsini araşdırmağa başlayaq.
Turgut Özal Çocukluk ve Gençlik Fotoğrafı
Turqut Özal  13 oktyabr 1928-ci ildə Malatyada, bank işçisi Məmməd Siddiq Özal ilə ibtidai sinif müəllimi Hafizə xanım cütlüyünün uşaqları olaraq dünyaya gəlib. Atasının işi ilə əlaqədar həyatının ilk illərində bir çox fərqli yerdə yaşayıb. İlk olaraq 4 yaşında ailəsiylə birlikdə Biləcik rayonuna daha sonra Silifkəyə köçüblər. Silifkədə olanda Özal eşşəyin üstündən yıxılaraq qolundan şikəst qalıb. Məhz bu əlilliyi üzündən də uşaqlıq xəyalı olan pilotluqdan əl çəkməyə məcbur olub. Orta məktəbi bitirdikdən sonra Konyada pullu internat məktəbdə təhsilini davam etdirib. Həmin ərəfədə qardaşı Qorqud Özal da orta məktəbdən məzun olur, amma ailənin maddi vəziyyəti hər iki uşağı da pullu internat məktəbində oxutmağa imkan vermir.  Buna görə uşaqlar əmiləri Süleyman Təbiətin yanına Malatyaya göndərilib.
Universitetə təqaüdlü girən Özal elektrik mühəndisliyi fakültəsini bitirib. 1950-ci ildə diplomunu aldıqdan sonra isə Ankara Elektrik İşləri Etüd İdarəsində mühəndislik etməyə başlayıb. Həmin dövrdə ailəsinin təkidi ilə Ayxan İnal ilə nikah masasına oturub. Lakin bu münasibət uzun sürməyib.
İkinci Eşi Semra Hanım;
1952-ci ildə isə iş yoldaşı olan Semra xanımla evlənib və Semra xanımdan Zeynəb, İgid və Əhməd adlarında 3 uşağı olub. Evliliyindən qısa müddət sonra Amerikaya göndərilən Özal Texas Universitetində iqtisadiyyat sahəsində mütəxəssis olub. Ölkəyə qayıdandan sonra Elektrik İşləri Etüd İdarəsində Baş Direktor Müavini vəzifəsinə yüksəlib, 1958-ci ildə Planlaşdırma Komissiyasında vəzifə alıb. 1959-cu ildə isə hərbi xidmətini tamamlamaq üçün Ankara Ordonat Məktəbində ehtiyat zabit olub.
Hərbi xidmətdə olarkən Dövlət Su İşləri Baş Direktoru Süleyman Dəmirəl də Özalın yanına gəlib və Özal da ona usta əsgər olaraq yardımçı olub. Hərbi xidmətdən sonra Dövlət Planlama Təşkilatının strukturunda çalışıb. 1965-ci il seçkilərindən sonra da Süleyman Dəmirəlin məsləhətçiliyini etməyə başlayıb. 1967-ci ildə də Dövlət Planlaşdırma Təşkilatının müşaviri olub. Turqut Özal 12 mart çevrilişindən sonra istefa edərək Amerikaya gedib.
Sivil Kıyafetleriyle Sivil Yönetime Destek Veren Özal
1971-ci ildən 1973-cü ilə qədər Amerikada Dünya Bankı Sənaye İdarəsində məsləhətçi kimi çalışdıqdan sonra vətənə qayıdıb. Türkiyəyə qayıdandan sonra aralarında Sabancı Holdinqin də olduğu bir çox şirkətdə menecer kimi çalışan Özal 1977-ci il parlament seçkilərində Milli Selamət Partiyasından İzmir xalq deputatlığına namizəd olub, lakin seçilməyib. 43-cü hökumət dövründə baş nazirin məsləhəti ilə DPT müşaviri vəzifəsinə gətirilib və liberal iqtisadiyyatı dəstəkləyən 24 yanvar qərarlarının qəbul edilməsində ən təsirli adlardan biri olub.
1980-ci ilin sentyabr hərbi çevrilişindən sonra Bülend Ulusun hökumətində iqtisadiyyatdan məsul baş nazir müavini olan Özal bu vəzifəsindən 22 ay sonra istefaya gedib. Daha sonra Ana Vətən Partiyasını quraraq 1983-cü il seçkilərində 400 nəfərlik parlamentdən 211 millət vəkili çıxara bilib. Beləliklə, tək başına hakimiyyətə gələrək 45-ci hökumətin naziri olub. 1984 və 85 illərdəki seçkilərdən də uğurla çıxan Özal 1987-ci ildə 46-cı hökumətin baş naziri olub.
Ailesi ile Birlikte
1988-ci ildə edilən sui-qəsd cəhdindən sağ əlindən xəsarət almaqla xilas olan Özal 31 oktyabr 1989-cu ildə Kənan Evrəndən sonra prezident seçilib. Türkiyənin 8-ci prezidenti kimi 9 noyabr 1989-cu ildə vəzifəyə başlayan Özal vəzifədə olduğu müddətdə həm iqtisadi, həm də siyasi sahədə bir çox yeniliyə imza atıb.
Məsələn, prezident olduqdan dərhal sonra hamı onun Cümə namazına gedib getməyəcəyini maraqla gözləyərkən, Turqut Özal çox rahat bir şəkildə Ankaradakı Kocatepe Məscidinə gedərək ibadətini edib. Həmçinin hakimiyyətdə olduğu 1893-1991-ci illər ərzində Türkiyə iqtisadiyyatı illik orta hesabla 5.2 faiz yüksəlib. Azad bazar sistemini əsas götürən Özal bu yanaşmasıyla iqtisadiyyatı inkişaf etdirsə də sonradan bir qrup şəxs tərəfindən ölkəni satması ilə bağlı iddialar edilib.
Güleryüzlü Cumhurbaşkanı
Prezidentliyi dövründə I Körfəz Müharibəsinə girməyi dəstəkləyən Turqut Özal Səddama qarşı Amerikanın yanında yer alıb, ancaq dövrün Baş Qərargah Rəisi Nəcib Torumtay istefa etdiyi üçün Türk ordusunu hərəkata daxil etməyib. Daim dinc hakimiyyət tərəfdarı olan prezident bir çox səfərini mülki geyimdə edib. Çox prezidentindən fərqli olan rəngli şəxsiyyəti ilə millətin sevgisini qazanıb. Həmçinin bir çox qonağını prezidentin villasındansa Marmarisdəki bağ evində qarşılamağa üstünlük verib.
Terrorla mübarizə mövzusunda da fərqli bir yol tutan Turqut Özal 12 mart 1991-ci ildə Çankaya Köşkündə Cəlal Tələbani ilə xüsusi bir görüş keçirb. Və görüşdən qısa müddət sonra Cəlal Tələbani “Der Spiegel” jurnalına Özalın kürdlərə muxtariyyət verəcəyi istiqamətindəki iddiaları ilə diqqət çəkən bəyanat verib. Bütün bunlara əlavə olaraq Turqut Özal Yılmaz Güney ilə həmin gün vətəndaşlıqdan çıxarılan Cem Qaraca ilə Münhendə keçirdiyi görüş ilə də xatırlanır. Şöhrətli siyasi şəxsiyyət Cem Qaracanın ölkəyə qayıtmasında təsirli ad olub.
Renkli Kişiliğiyle Turgut Özal
Fatih Sultan Mehmet Körpüsü də Turqut Özal dövründə açılıb, 1988-ci ildə ilk olaraq özü həyat yoldaşı ilə birlikdə körpüdən keçib. Bolqarıstandan məcburi köçürülən vətəndaşlar üçün də işlər görən Özal 1987-ci ildə Avropa İqtisadi Birliyinə üzvlük müraciəti etdib, 1991-ci ildə də Avropa İnsan Haqları Məhkəməsinə müraciət hüququ qəbul edilib.
Dünyanı idarə edən qüvvələrdən biri hesab edilən Devid Rokfeller tərəfindən edilən deyilən açıqlamada Özalın Amerikanın planı əsasında hakimiyyətə gətirildiyi və ölkənin qapısını kapitalist sisteminə sonuna qədər açdığı yönündə iddialar da mövcud olub.
Cenaze Töreni
“Millət dövlət üçün yox, dövlət xalq üçündür” deyən Turqut Özal öldükdən sonra İstanbulda dəfn edilib, qiyamətə qədər Fateh Sultan Mehmetin mənəvi ruhaniyyətialtında olmaq istədiyini söyləyib. Prezident vəzifəsində olarkən vəfat etdiyinə görə bu istəyinə əməl edilib.
Turqut Özal 12 günlük Türküstan səfərinin ardından 17 aprel 1993-cü ildə həyatla vidalaşıb, cənazəsində minlərlə insan iştirak edib. Topqapı Vətən Küçəsində Adnan Menderesin yanında hazırlanan anıtkabirdə basdırılan Turqut Özalın dəfn mərasimi televiziyalarda canlı olaraq yayımlanıb, ölkədə bayraqlar yarıya endirilib.
Özal'ın Anıtmezarı
İllər sonra həyat yoldaşı Semra Özal da daxil olmaqla ölümü bir çox insan tərəfindən şübhəli qarşılanıb və 2012-ci ildə Turqut Özalın qəbri açılaraq ekspertiza aparılıb. Meyitin yarılması nəticəsində zəhərə rast gəlindiyi açıqlanıb, ancaq ölüm səbəbinin zəhər olub-olmadığı mövzusunda qəti bir nəticə olmayıb. 18 iyun 1988-ci ildə Ankara Atatürk İdman Zalındakı yığıncaqda Kartal Demirağ adlı şəxs tərəfindən öldürülməyə çalışılan Özal nə yaxşı ki, Con F.Kennedi qədər şanssız deyilmiş. Tribunaya çıxmasından çox zaman keçmədən Özala iki dəfə atəş edən Kartal Demirağ tutularaq edam cəzasına cəlb edilib. Ancaq bu cəza 20 il məhkumluğa çevrilib, da Demirağ 4 il həbs yatdıqdan sonra, 1992-ci ildə Turqut Özal tərəfindən əfv edilib.
Suikastçısını Affetti
Sui-qəsdlə bağlı digər bir mühüm məlumat da ondan ibarətdir ki, salonda pulemyotlu daha bir adam görülüb, ancaq qaçmağı bacmağı bacarıb. Əməkli hərbi prokuror Faiq Tarımcıoğlunun gördüyü şəxsin sonradan Kartal Demirağı öldürəcəyi təxmin edilib. Bundan başqa, sui-qəsdçinin silahının yalnız iki dəfə atəş edə bilən bir silah olduğu müəyyən edilib, bunun Demirağın özünü qoruya bilməməsi üçün edildiyi düşünülüb. Sui-qəsd cəhdinin ardından barmağını bir bezlə bağlayaraq sözünə davam edən Özal “Allahın verdiyi canı ondan başqa alacaq yoxdur” deyib və həmin gün yekdilliklə yenidən genel başkan seçilib.
Turgut Özal Suikastı
Image result for turqut özal
Moderator.az

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın