Cümə , Aprel 26 2024
Ana səhifə / İqtisadiyyat / Türkmənistandan nəql olunan qaz 2 dəfə artırılacaq

Türkmənistandan nəql olunan qaz 2 dəfə artırılacaq

İrandan Azərbaycana qaz nəqlinin artırılması bu gün İslam Respublikasının neft naziri Cavad Oucinin Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevlə görüşü zamanı müzakirə olunub.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, iranlı nazir Türkmənistandan  Azərbaycana 2 milyard kubmetr həcmində qazı nəqlini 2 dəfə artırılacağını açıqlayıb.

Onun sözlərinə görə, neft və qaz yataqlarının işlənməsində İran podratçılarının imkanlarından istifadə etmək qərara alınıb.

Həmçinin, Şahin Mustafayev enerji sektorunda əməkdaşlığın bu sahədə davamlı inkişafa səbəb ola biləcəyini deyib.

İki ölkə arasında energetikanın inkişafı üzrə birgə tədqiqat işçi qrupunun yaradılcağı qərara alınıb.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …