Ana səhifə / İqtisadiyyat / Türkmənistan parlamenti “Dostluq” yatağı ilə bağlı sənədi ratifikasiya etdi

Türkmənistan parlamenti “Dostluq” yatağı ilə bağlı sənədi ratifikasiya etdi

Türkmənistan parlamenti “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunu ratifikasiya edib.

Bu barədə Türkmənistan Dövlət İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd edək ki, Anlaşma Memorandumu yanvarın 21-də xarici işlər nazirləri tərəfindən imzalanıb.

Sənədə əsasən, “Dostluq” yatağının karbohidrogen resursları tərəflər arasında 30% Azərbaycan Respublikasına, 70% Türkmənistana nisbətində bölüşdürüləcək. “Dostluq” yatağından çıxarılmış beynəlxalq bazara ixrac üçün nəzərdə tutulmuş karbohidrogen resurslarının daşınması Azərbaycanın mövcud olan nəqliyyat tranziti sistemlərinin istifadə edilməsi ilə rəqabətqabiliyyətlilik şərtləri əsasında və beynəlxalq neft-qaz sənayesində qüvvədə olan normalara və təcrübəyə uyğun həyata keçiriləcək.

Həmçinin oxuyun

Azərbaycanın “qırmızı qızıl”dan əldə etdiyi gəlir yarıbayarı AZALDI

2020-ci ilin birinci rübündə 33 min tona yaxın pomidor satan Azərbaycan bu ilin birinci rübündə …