Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / “Türklər fars rejiminin dərsini verdi” – Mahmudəli Çöhrəqanlı

“Türklər fars rejiminin dərsini verdi” – Mahmudəli Çöhrəqanlı

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çöhrəqanlı Güney Azərbaycanda İranın “Kanal 2” telekanalında soydaşlarımızın təhqir olunmasına etiraz olaraq keçirilən aksiyalara münasibət bildirib.

Cebhe.info xəbər verir ki, M.Çöhrəqanlı hər zaman olduğu kimi Azərbaycan türklərinin fars rejiminin irqçi siyasətinə lazım olan dərsi verdiyini deyib. GAMOH lideri buna görə, Güneydə yaşayan soydaşlarımıza öz təşəkkürünü bildirib: “Bu gün dəyərli millətimiz onu assimilyasiyaya uğratmağa çalışanların xəyallarını puça çıxardı və milli varlığmıza sahib çıxdı. Gələcək bizimdir, güc birlikdədir”.

Xatırladaq ki, noyabrın 6-da İranın dövlət televiziyası “Kanal 2”-də yayımlanan “Fitilə” proqramında Güney Azərbaycandan olan türklər təhqir edilib. Buna etiraz olaraq on minlərlə insan küşələrə axışıb, aksiyaçılara qarşı zor tətbiq edilib, çox sayda saxlanan var.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın