Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türklərə “vəhşi it” dedi, zaldan qovuldu – Video

Türklərə “vəhşi it” dedi, zaldan qovuldu – Video

Avropa Parlamentinin sədri Martin Şults türkləri təhqir edən ifrat sağçı yunan parlamentarini Baş Assambleyadan qovub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, millətvəkili Eleftherios Synadinos türkləri barbar, vəhşi it adlandırıb:

“Elmi ədəbiyyatda osmanlılar it kimi təsvir edilir. Türkləri barbarlar, pis yalançılar kimi tərif edə bilərik. Türklər vəhşi it kimi düşmənlə savaşdan qaçır”.

Bu açıqlamadan sonra Parlament sədri onu salondan qovub: “Qırmızı xətt keçildi. Bu, qəbuledilməzdir, xüsusilə də, irqçi fikirlər”.

Qeyd edək ki, iclas Türkiyə və Avropa Birliyi arasındakı miqrant razılaşmasına həsr olunmuşdu.

Həmçinin oxuyun

Turist sayı nəyin hesabına artır?

Rəsmi açıqlama sərhədin COVİD-ə görə, Prezident təhlükəsizlik səbəbindən bağlı qaldığını deyir Bu ilin ilk üç …

Bir cavab yazın