Ana səhifə / İqtisadiyyat / Türkiyənin yeni səfiri media mənsubları ilə görüşdə Qərbə mesajlar verdi – FOTOLAR

Türkiyənin yeni səfiri media mənsubları ilə görüşdə Qərbə mesajlar verdi – FOTOLAR

Erkan Özoral: “Biz Amerikadan Fətullah Gülənin təslim edilməsini gözləyirik”; “Avropalılar, qərblilər öncə terrorla mücadilə mövzusunda öz üzərinə düşəni edib-etmədiklərinə diqqət etsinlər”

Noyabrın 7-də Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bir sıra aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşüb. Səmimi atmosferdə keçirilən görüşdə çıxış edən səfir əvvəlcə hər kəsi salamlayıb, deyib ki, bir sıra media mənsublarını Azərbaycanda çalışdığı əvvəlki illərdən yaxşı tanıyır.   
Bir neçə il əvvəl Azərbaycandakı səfirlikdə işləyən, bu dəfə isə yeni görəvdə ölkəmizdə fəaliyyətə başlayan səfir Erkan Özoral köhnə dostlarla təkrar bir araya gəldiyinə görə çox şad olduğunu deyib.
“Azərbaycandan 2009-cu ildə ayrıldım. 7 il sonra yenidən Azərbaycanı yaxından görmək imkanı əldə etdim. Amma bu dəfə səfir vəzifəsində. Bu 7 il ərzində ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini məmnunluqla gördüm. İnkişaf edən sahələrdən biridə şübhəsiz ki, mətbuatdır” – diplomat bildirib. Səfir Azərbaycana gəldiyi bir ay ərzində Azərbaycanın müstəqilliyinin yenidən bərpasını və Türkiyə Cümhuriyyətinin 93 illiyini birgə qeyd edildiyiniməmnunluqla vurğulayıb.
İkitərəfli əlaqələrə toxunan diplomat fəaliyyəti müddətində “bir millət, iki dövlət” prinsipinə sadiq qalacağını vurğulayıb. E.Özoral həmçinin iyulun 15-də Türkiyədə  baş vermiş uğursuz dövlət çevrilişi cəhdindən də danışıb. Səfir deyib ki, Türkiyə hazırda da xain terrorçularla, həm FETÖ-çu, həm də digər bölücü terror təşkilatları ilə mücadiləsini davam etdirir. “Türkiyə dövlətinin bu mücadiləni uğurla başa çatdıracağına heç kimsənin şübhəsi olmasın” deyə, səfir bildirib. Diplomat ölkələrimiz arasındakı əlaqələrdən bəhs edərkən Bakının Ankaraya son mühüm dəstəyindən də bəhs edib. O bildirib ki, iki ölkə arasında əlaqələr 15 iyul hadisəsindən sonra nümunəvi hala gəlib:“Qardaşlıq münasibətlərimiz təbii ki, əbədi olacaq. Amma Azərbaycan hökumətinin, dövlətinin, prezidentinin bizə 15 iyul gecəsi bizə verdiyi dəstək, göstərdiyi qardaşlıq münasibəti heç zaman unudulmayacaq. Biz bu dəstəyi təkcə 15 iyul gecəsi deyil, hər zaman hiss edirik. Türkiyə və Azərbaycan hər zaman iki qardaş dövlətdir, iki millət, bir dövlətdir. Mən də Bakıdakı fəaliyyətim dövründə buna uyğun çalışacağam, Türkiyə ilə Azərbaycan arasında əlaqələrin inkişafı üçün nə lazımsa, sona qədər səy göstərəcəyəm”.
Səfir daha sonra media mənsublarının suallarını cavablandırıb.
“Türkiyədə millət vəkillərinin həbs olunması ilə bağlı proses yeni başlamayıb. May ayında Türkiyə Böyük Millət Məclisində (TBMM) təmsil olunan bütün partiyalardan 154 millət vəkillərinin toxunulmazlığı aradan götürülüb”. Böyükelçi HDP-li millət vəkillərinin həbsi barədə sualın cavabında belə deyib.  Onun sözlərinə görə, bu günə qədər həbs olunanlardan başqa, AKP-dən, CHP-dən, MHP-dən olan millət vəkilləri məhkəmələrə gedib ifadə veriblər: “Bu millət vəkillərinin həbs olunmaması ifadə verməmələri ilə bağlıdır. Hər kəs hüquq qarşısında məsuliyyət daşıyır və işlənən cinayət əlbəttə, cəzasız qalmamalıdır, bundan qaçmaq olmaz”.
E.Özoral dekabr ayında TürkPA-nın katibliyinin yeni binasına daşınacağını, bu məqsədlə düzənlənəcək tədbirdə iştirak üçün Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri İsmayıl Qəhrəmanın da Azərbaycana səfər edəcəyini söyləyib.
Səfir Türkiyə, Azərbaycan və Rusiya arasında üçtərəfli görüşlə bağlı hazırlıqların davam etdiyini də vurğulayıb: “Bu, təkcə Azərbaycanı deyil, Rusiya və Türkiyəni də maraqlandırır”. Elçi Türkmənistan, Türkiyə və Azərbaycanın üçtərəfli görüşünün keçirilməsi ilə bağlı da çalışmaların davam etdiyini söyləyib.
Qərb ölkələri ilə Türkiyə arasındakı ixtilaflardan bəhs edən diplomat müzakirə olunmalı bir çox məsələlərin olduğunu vurğulayıb: “Qərb ölkələri bu günə qədər terrora dəstək verdilər. Ona görə də onların son açıqlamalar çox da təəccüblü deyil. Bir çox terror suçlusu Almaniyadan sığınacaq alıb. Biz Amerikadan Fətullah Gülənin təslim edilməsini gözləyirik və Fətullah Gülənin təhvil verilməməsini Türkiyəyə qarşı pis bir davranışolacağını deyirik.  Avropalılar, qərblilər öncə terrorla mücadilə mövzusunda öz üzərinə düşəni edib-etmədiklərinə diqqət etsinlər”.
İran parlamentində türk fraksiyasının yaradılması barədə suala cavabında səfir bunları bildirib: “Təbii ki, belə bir fraksiyanın yaradılması hər birimizi şad edir. İrana xeyirli olsun, deyirəm”.











Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın