Bu barədə Türkiyə Xəzinədarlığı məlumat yayıb.

İllik müqayisədə Türkiyənin borcu 2% artıb. Hesabata görə, Türkiyənin xarici borcunun ÜDM-ə nisbəti 47,2%, xalis xarici borcun ÜDM-ə nisbəti isə 29,5%-ə bərabər olub.

Xarici borcun ÜDM-ə nisbəti son 14 ilin ən yüksək həddinə çatıb. Belə ki, 2003-cü il yanvarın 1-nə bu göstərici 54,8% olub.

Xalis dövlət borcu 2017-ci il yanvarın 1-nə 218,9 mlrd. lirə və ya 62 mlrd. dollar, ÜDM-ə nisbəti isə 8,4% təşkil edib. Avropa İttifaqına borcun məbləği isə 732,8 mlrd. lirə və ya 207,6 mlrd. dollar, borcun ÜDM-ə nisbəti 28,3% olub.

Xatırladaq ki, Türkiyənin xarici borcu illik yekun göstəricilərinə əsasən tarixi rekord səviyyə yüksəlib. (Report)