Cümə axşamı , Mart 28 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin satirik jurnalı bağlandı – Musa peyğəmbəri təhqir etdiyinə görə

Türkiyənin satirik jurnalı bağlandı – Musa peyğəmbəri təhqir etdiyinə görə

Türkiyənin satirik jurnalı bağlanıb.

Trend-in məlumata görə, Türkiyənin məşhur “Qırqır” satirik jurnalının son buraxılışında Musa peyğəmbəri təhqir edən karikatura dərc olunmuşdu. Sosial mediada bu karikatura böyük söz-söhbətə səbəb olmuşdu.

Jurnalı nəşr edən şirkət bu gün dərginin fəaliyyətinə son qoyulması və işçilərin redaksiyadan qovulması barədə açıqlama yayıb.

Açıqlamada o da qeyd olunur ki, sözügedən karikatura şirkətdən xəbərsiz son anda çapa verilib: “Bununla bağlı məhkəməyə müraciət olunacaq”.

Həmçinin oxuyun

Gülağa Bağırov 1 milyonu NEYNƏDİ?

Göz qamaşdırıcı tenderləri ilə diqqət çəkən qurumlardan biri də Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq …

Bir cavab yazın