Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin rolunu alqışlayırıq – Putin

Türkiyənin rolunu alqışlayırıq – Putin

Rusiya Prezidenti Vladimir Putin Türkiyənin yeni səfiri Hüseyn Diriözün etimadnaməsini qəbul edib.

Avropa.info xəbər verir ki, mərasimdə danışan Putin Suriyada əldə olunan atəşkəslə bağlı danışarkən Türkiyənin bunun üçün rol oynadığını və təqdir etdiklərini deyib.

“Türkiyə ilə münasibətlərimiz əmin şəkildə normallaşır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla 10 martda faydalı görüş keçirdik. Bu görüşdə “Türk axını” və “Akkuyu” kimi böyük enerji layihələrinin reallaşdırılması ilə bağlı müzakirə getdi”, – Putin deyib.

Putin Suriyada terrorla mübarizə və prosesin siyasi həlli məsələsində daha hansı planların olması barədə danışıb:

“Rusiya və Türkiyənin enerjili rolu sayəsində Suriya hökumət qüvvələri və silahlı müxaliflər arasında atəşkəs rejimi əldə olundu. Türkiyənin burada oynadığı rolu bilirik və təqdir edirik. Bunlar Suriya məsələsində sülh danışıqlarının təşkil olunmasında kömək oldu”.

Həmçinin oxuyun

Azərbaycanda bu məhsullar ucuzlaşdı – RƏSMİ

Azərbaycanda ərzaq qiymətləri ucuzlaşıb. Dövlət Statistika Komitəsinin hesabatında bildirilib ki, bu ilin yanvar-mart aylarında ölkədə …

Bir cavab yazın