Ana səhifə / İqtisadiyyat / Türkiyənin baş naziri səs verdi – Foto (Yenilənib)

Türkiyənin baş naziri səs verdi – Foto (Yenilənib)

Türkiyənin baş naziri Əhməd Davudoğlu səsini doğma rayonu Konyada verib. 
 
Musavat.com-un məlumatına görə, Davudoğlu nəticədən asılı olmayaraq “başkon çıxışı” edəcəyini bildirib. Baş nazir bütün vətəndaşları səs verməyə çağırıb. 
Türkiyənin HDP (Xalqların Demokratiyası Partiyası) həmsədri Səlahəddin Dəmirtaş səs verib.

 
Musavat.com-un məlumatına görə, paytaxt Ankaranın orta məktəblərindən birində səs verən Demirtaş bunları deyib: “Bu gün Türkiyə mühüm bir seçkini həyata keçirir. Ümid edirəm ki, bu gün ortaya çıxacaq nəticələr bütün ölkə üçün xeyirli olacaq. Hamımızın, Türkiyənin ən çox arzuladığı şey əmin-əmanlıqdır“.

qeyd edək ki, bu gün Türkiyə Böyük Millət Məclisinə 26-cı çağırış parlament seçkiləri keçirilir.

 
Ölkənin şərqində seçki yerli vaxtla saat 07:00-dan etibarən başlayıb. Digər bölgələrdə seçki saat 08:00-da başlayıb.
Xatırladaq ki, Türkiyədə iyunun 7-də parlament seçkilərindən sonra hökumət qurulmamışdı. Bundan sonra növbədənkənar seçki qərarı verilmişdi.
Bu gün Türkiyədə qeydiyyata alınmış 54 milyon 49 min 851 seçicinin məntəqələrə gedərək səs verəcəyi gözlənilir.
***
CHP-nin İstanbul millət vəkili Eren Erdem Güngören rayonunda dörd məhəllənin işiğinin söndüyünü bildirib.
Əvvəlki seçkilərə “möhür vuran” elektrik kəsintiləri bu dəfə daha tez saatlarda baş verib.
Eren Erdem bu barədə öz tvitter hesabında məlumat verib. Millət vəkili bildirib ki, işıq sönən ərazilərə gedərək növbə çəkəcək.

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın