Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyənin əsas qəzeti rus dilində dostluğa çağırdı

Türkiyənin əsas qəzeti rus dilində dostluğa çağırdı

Türkiyənin əsas qəzeti bu gün rus dilində dostluğa çağırdı.
Bu barədə Moderator.az “ВладТайм”-a istinadən xəbər verir. 
Bu gün, Rusiya ilə dostluğa “çağırış” şüarı Türkiyənin hökumətyönlü “Bugün”qəzetinin baş səhifəsində dərc olunub. Maraqlısı odur ki, nəşr rus dilində olub. Baş səhifədə «Мы друзья, соседи» ifadəsi səhv tərcümə ilə verilib. Qeyd etmək lazımdır ki, jurnalistlər bu yolla bir qədər dövlətlər arasında yaranan gərginliyi azaltmaq istəyiblər. 
Qeyd edək ki, RF prezidentinin mətbuat katibi Dimitriy Peskov Rusiya hökumətinin Türkiyə mallarına embarqo tətbiq edilməsi təklifindən  imtina etdiyini deyib. Yeganə amil ondan ibarətdir ki, ölkəyə daxil olan məhsullar əlavə nəzarətdən keçəcək.
Bunun timsalında “Rosselxoznadzor” bundan sonra Türkiyədən gətirilən kənd təsərrüfatı məhsulları üçün “ən ciddi” yoxlamalar tətbiq edəcək.

Həmçinin oxuyun

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

2024-cü ilin mart ayında Azərbaycanda ən çox şikayət edilən bank 5,03 indeksi ilə “Bank of …

Bir cavab yazın