Cümə , Aprel 19 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyəli fermerlərin minlərlə ton kartofu tezliklə Azərbaycana satılmasa çürüyəcək…

Türkiyəli fermerlərin minlərlə ton kartofu tezliklə Azərbaycana satılmasa çürüyəcək…

Türkiyənin Kayseri vilayətində yerli fermerlərin becərdikləri minlərlə ton kartof alıcı olmadığından anbarlarda çürümək üzrədir. Bu məsələ ötən gün martın 25-də Böyük Millət Məclisindəki debatlarda qaldırılıb. Müxalifətdə olan İYİ partiyanın Aksaray millət vəkili Ayhan Erel Niğde, Kayseri və Aksarayda minlərlə ton kartofun anbarlarda çürümək üzrə olduğunu bildirib. Kəndlilərin probleminə diqqəti cəlb edib.

“Artıq anbarlarda kartof çürüməyə başlayıb. Bu ay içərisində, yəni bir-iki həftəyə alıcı tapılmasa zibilliyə töküləcək. Fermer mayası 1 lirəyə başa gələn kartofu 40 quruşa da satmağa hazırdır, amma alıcı yoxdur. Bu ay ərzində satış olmasa hesab edirəm ki, kəndlilər bu mövsüm kartof əkməyəcək”,-o bildirib.

Hakim AKP-nin Nevşehir millət vəkili Yücel Meneşke məsələ ilə bağlı söz alaraq deyib ki, kəndlilərin becərdiyi kartofun Azərbaycana və Gürcüstana satılmasını ən qısa zamanda başlatmaq üçün çalışmalar davam edir.

Qeyd edək ki, Azərbaycanda bu mövsüm yerli kartof istehsalı daxili tələbatı ödəməyə kifayət etməyib və artıq dekabr ayından etibarən ölkəyə Türkiyə də daxil olmaqla qonşu ölkələrdən kartof idxalı həyata keçirilir. Hazırda bazarlarda əsasən İran kartofu satışdadır və kiloqramı 70 qəpik-1 manat arasında dəyişir. Lakin tezliklə yerli istehsalçıların becərdiyi faraş kartof bazara çıxacaq və nəticədə köhnə kartofa tələbat kəskin azalacaq. Bu baxımdan Türkiyədən kartof idxalının nə dərəcədə mənfəətli ola biləcəyi sual altındadır. Virtualaz.org

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …