Ana səhifə / İqtisadiyyat / Türkiyəli bəy azərbaycanlı gəlini toy maşını ilə təəccübləndirdi – FOTOLAR

Türkiyəli bəy azərbaycanlı gəlini toy maşını ilə təəccübləndirdi – FOTOLAR

Kastamonuda azərbaycanlı xanımla evlənən türkiyəli bəy Kamal Çelikkaya hər kəsi təəccübləndirib.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, o dostlarının vasitəsilə tanış olduğu Nazila Mahsimova adlı xanımı nikah mərasiminə gəlin maşını əvəzinə əldə düzəldilmə motoskletlə aparıb.

Çelikkaya uşaqlığından bəri çox sevdiyi və kənddə davamlı əkinçilik üçün istifadə etdiyi nəqliyyat vasitəsini gəlin avtomobili kimi bəzəyib, Türkiyə və Azərbaycan bayrağını da asmağı unutmayıb.

Əldə düzəldilmə motoskleti gəlin maşını əvəzində görən gəlin təəccübünü gizlədə bilməyib. Nazila Mahsimova çox sevdiyi həyat yoldaşının israrı üzərinə maşına minməyə razı olub.

 

Həmçinin oxuyun

Gömrük xətti ilə büdcə daxilolmaları AZALDI 

Cari ilin yanvar-fevral aylarında gömrük orqanlarının xətti ilə dövlət büdcəssinə 485 milyon 613.7 min manat …

Bir cavab yazın