Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədən Rusiyaya qarşı SANKSİYA

Türkiyədən Rusiyaya qarşı SANKSİYA

Türkiyə və Avropa ölkələri öz hava məkanlarını Rusiyanın İŞİD mövqelərinə zərbələr endirən uzaq mənzili aviasiyasına bağlayıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Hərbi-Kosmik Qüvvələrinin uzaq mənzili aviasiyası komandanının müavini general-mayor Anatoli Konovalov bildirib.

Onun sözlərinə görə, bu səbəbdən pilotlar uçuşlarını Avropa hüdudlarından kənar marşrutlar üzrə müəyyən etmək məcburiyyətində qalıblar.

“Oleneqorsk bizim ən şimal nöqtədə yerləşən aerodromumuzdur. Bu bizə maksimum uzaq nöqtədə yanacaqdoldurmanı havada həyata keçirməyə imkan verir. Döyüş tapşırıqlarının digər marşrutlar üzrə yerinə yetirməsini istisna edən müəyyən məqamlar olub. Avropa buraxmayıb, Türkiyə də uçuşa icazə verməyib…”, deyə Konovalov bildirib.
O qeyd edib ki, hətta bu cür şəraitə belə uzaq mənzili aviasiya sübut etdi ki, verilən tapşırıqları uğurla yerinə yetirməyə qadirdir.

Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın