Şənbə , Aprel 20 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə telekanallara məhdudiyyət

Türkiyədə telekanallara məhdudiyyət

Türkiyənin Radio və Televiziya Ali Şurası (RTÜK) yerli KİV-lərin terror hadisələri ilə bağlı məlumat verməsini məhdudlaşdıran yeni tədbirlər qəbul edib.

Trend-in məlumatına görə, yeni qərara əsasən Türkiyə telekanalları terror hadisəsi barədə görüntü və “Son dəqiqə” yazısı olmadan yalnız rəsmi şəxslərin məlumatlarını çatdıra biləcək və “qaçan sətirlər” təqdim edəcək.

Bundan başqa, mətbuat orqanları hadisə yeri ilə əlaqədar yalnız rəsmi qurumların təqdim etdiyi video və fotogörüntüləri yayımlaya bilər.

Hadisəni törətməkdə şübhəli bilinən terror təşkilatlarının da adlarının çəkilməsi qadağan edilir.

Qeyd olunub ki, bu qaydaları pozan teleyayımçılara qarşı cərimə sanksiyaları tətbiq olunacaq. Bir kanal bir il ərzində iki dəfə qaydanı pozarsa, 15 gün müddətində yayımı dayandırılacaq, üçüncü dəfə isə lisenzsiyası ləğv ediləcək.

Həmçinin oxuyun

Bankların kredit fırıldağı – Müştərini belə aldadırlar 

Əksər banklar müxtəlif yollarla vətəndaşları kredit kartlarından istifadəyə təşviq edir. İlk baxışda olduqca sərfəli və …

Bir cavab yazın