Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / İqtisadiyyat / Türkiyədə tarixi gün – ‘Demokratiyaya və Şəhidlər’ mitinqinə axın başladı (FOTO-VİDEO)

Türkiyədə tarixi gün – ‘Demokratiyaya və Şəhidlər’ mitinqinə axın başladı (FOTO-VİDEO)

Bu gün Türkiyənin İstanbul şəhərində Yenikapıda iyulun 15-i hərbi çevrilişə cəhd zamanı həlak olanları anmaq və demokratiyaya dəstək vermək üçün ilə mitinq keçiriləcək.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yerli vaxtla 17:15-də başlanması gözlənilən mitinqdə sayqı duruşundan və “İstiqlal marşı”-nın səsləndirilməsindən sonra  “Quran” oxunub, dualar ediləcək.
Daha sonra sıra ilə 15 iyul qaziləri, Milliyyətçi Xalq Partiyasının (MHP) sədri Dövlət Bahçeli, CHP sədri Kamal Kılıçdaroğlu, baş nazir Binali Yıldırım, TBMM sədri İsmayıl Qəhrəman və son olaraq prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edəcək.
Mitinqin başlamasına saatlar qalsa da, artıq insanlar əraziyə axın etməyə başlayıb. Onlar tribunaya yaxın ərazilərdə özlərinə yer tuturlar. Mitinqdən öncə Türkiyə bayrağından başqa bayraq açılmaması barədə tapşırıqlar da verilib.
Qeyd edək ki, məkanda Əfqanıstan, Azərbaycan, Albaniya, hətta azad Suriya Ordusunun bayrağını daşıyanların olması xüsusi diqqət çəkib.






Həmçinin oxuyun

“Tenderlərə nəzarət edən qurumun qanunundan xəbəri yoxdur” – Ekspert

Dövlət satınalmalarına nəzarət edən qurum – İqtisadiyyat Nazirliyi Yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət …

Bir cavab yazın